Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qaldıqlarından onları qorumaq, erkən yaşlarında peyvənd aparmaq lazımdır. Bəzi uşaqlarda peyvəndə ciddi reaksiya olur, məsələn, uşağın qızdırması qalxa bilər, başgicəllənməsi, halsızlıq, iştahasızlıq müşahidə olunar. Amma uşağı heç bir halda peyvənddən yayındırmayın. Uşaqları vaxtında peyvənd etməklə biz onları difteriya, iflic, tetanus və s. kimi ciddi və ölümcül xəstəliklərdən qorumuş olarıq. Təcrübəli valideynlər bilir ki, uşağın ciddi xəstəliyyə yoluxmaması peyvəndin nəticəsidir.
Uşaqların hansı yaşda hansı xəstəliklərdən peyvənd olunması barədə sizə sahə həkimləriniz mütəmadi məlumat verməlidir. Amma bala.az “Ehtiyat igidin yaraşığıdır,” deyib, sizi əvvəlcədən peyvəndələrin siyahısı ilə tanış edir.
- Uşaq anadan olandan sonrakı 2 saat muddetinde hepatit B (sarılığa qarşı)
- Dogulandan sonrakı 4-5 gun muddetinde BSJ-poliomielit (vərəmə və iflicə qarşı)
- 2 aylığında hepatit B, poliomielit, AKDS (göy öskürək, difteriya, tetanus)
- 3 aylığında AKDS, poliomielit
- 4 aylığında hepatit B, AKDS, poliomielit
- 1 yaşın tamamında R-mantu (vərəmi yoxlamaq üçün sınaq)
- R-mantudan 3 gün sonra QMP (qızılca, məxmərək, qulaqdibi peyvəndi)
- 1 yaş 8 aylıqda AKDS (AKDS-in revaksinasiyasi)
- 6 yaşın tamamında R-ADS (difteriya, tetanus), R-QMP
- 1 yaşdan 18 yaşa qədər hər ildə 1 dəfə R-mantu ( mantu sinağı)
Fövqəladə hallarda, yəni epidemiya olarsa, məsələn, qızılca və ya başqa bir xəstəlik epidemiya və ya pandemiya halını alarsa, yuxarıdakı siyahıdan əlavə yayılan xəstəliyə qarşı ölkədə tur şəklində peyvənd aparıla bilər.
Bundan başqa müvəqqəti olaraq, bir ölkədən başqa ölkəyə köçürsünüzsə, gedəcəyiniz ölkədə geniş yayılmış xəstəliklərin siyahısı ilə tanış olub, həkimlə məsləhətləşə, uşağınıza həmin xəstəliklərə qarşı peyvənd vurdura bilərsiniz.
QEYD: Uşağın immunitet sistemi aşağıdırsa, bəzi xəstəliklər uşaqları təkrarən yaxalaya bilər
QEYD: Unutmayın ki, xəstə və ya allergiyaya meylli uşağa peyvənd vurmaq olmaz. Peyvənd aparılmazdan əvvəl uşaq ciddi yoxlanmalı, bədən temperaturu ölçülməli, həkim uşaq haqqında ətraflı məlumat almalıdır. Xəstələnmiş uşağa peyvənd vurmaq ciddi fəsadlara səbəb ola bilər!