MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  ÇAĞA GÜNDƏ NEÇƏ DƏFƏ AYAQYOLUNA GETMƏLİDİR?  

Yazılar1 yaşa qədər

Yeni doğulan və ana südü ilə qidalanan körpə gündə azı 5, hətta 10 dəfə nəcis ifraz edə bilər. Bu, uşağın normal qidalanmasının göstəricisidir. Aylar keçdikcə uşağınız gündə, bəzən 2 gündə 1 dəfə ayaqyoluna gedəcək (hərçənd bəzi uşaqlar 1 yaşına qədər gündə bir neçə dəfə ayaqyoluna gedir və bu normal hesab olunur). Uşaq ayaqyoluna az gedirsə və çəkisi artmırsa, deməli o, kifayət qədər qidalanmır.  

Yeni doğulan və ana südü ilə qidalanan uşaqların nəcisi adətən duru, bəzən su kimi duru olur, bu da normaldır. Amma nəcis kəskin iy verirsə, nəcisdə bəlğəmə bənzər parçalar müşahidə edirsinizsə, həkimə müraciət edin, çünki bunlar diareyanın (ishal) əlamətidir. Diareya zamanı uşağın həm də temperaturu qalxa, uşaq çəkisini itirə bilər. Ancaq bu, yalnız ana südü ilə qidalanan uşaqlarda az müşahidə olunur və belə uşaqlar süni vasitələrlə qidalanan körpələrlə müqayisədə daha tez sağalırlar.  

Ana südü uşaqda həm də qəbizliyin qarşısını alır. Ona görə də  yalnız ana südü ilə qidalanan uşaqlar nadir hallarda qəbizlik olur. Bununla belə siz balanızın gücəndiyini müşahidə edirsiniz. Mütəxəssislərin fikrincə uşağın gücənməsinə səbəb, ya nəcisin çox yüngül olması və anusa təzyiq göstərməməsi, ya da anus əzələlərinin kifayət qədər güclü olmaması, nəcisi asanlıqla çıxara bilməməsidir. Bəziləri hesab edir ki, çağanın daim uzanması ona nəcisi ifraz etməyə mane olur. Uşağı dik tutanda onun nəcisdən və qazlardan daha tez qurtulduğunu müşahidə edə bilərsiniz. Nəzərə alsaq ki, adam qəbizlik olanda yerimək işə yarayır, uşağı da uzadıb, ayaqlarını yığıb-açaraq (velosiped sürürmüş kimi) nəcisin çıxmasına kömək edə bilərsiniz.  

Uşağın köpü olanda da ayaqyoluna getməkdə çətinlik çəkir. Ona görə də ana köp əmələ gətirə biləcək qida məhsullarından (kartof, badımcan, noxud, lobya və başqa paxlalı bitkilər, qoyun əti, isti çörək, qazlı sular) çox az istifadə etməlidir. Köpün, həzm sistemində qazların toplanmasının qarşısını almaq üçün xüsusi dərmanlar var. Həkimlə məsləhətləşib, uşağın qidasına belə vasitələrdən əlavə etmək olar.

Uşaq süni qidalanırsa, 2-3 gündə, bəzən 3-4 gündə bir dəfə ayaqyoluna gedə bilər. Nəcis çox bərk, həddən artıq qatı deyilsə, çıxarkən uşağı incitmirsə, narahat olmayın. Bərk və həddən artıq qatı nəcis qəbizliyin əlamətidir. Qəbizlik zamanı nəcisdə bəzən hətta qan müşahidə olunur. Qan güclü təzyiqə məruz qalan anusda parçalanma nəticəsində əmələ gələ bilər. Qəbizlikdən  şübhələnirsinizsə, mütləq həkimə müraciət edin. Həkim məsləhəti olmadan uşağa hər-hansə bitki, meyvə şirəsi vermək, uşağı imalə etmək olmaz. Bunlar çağa üçün təhlükəlidir. 

Ola bilər ki, istifadə  etdiyiniz qida sizin uşağa ziyan edir, qəbizliyə və ya ishala (diareya) səbəb olur. Həkimlə məsləhətləşin, qidanı  dəyişdirin.


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan