MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  BALAMI YANIMDA YATIRSAM,  

Yazılar1 yaşa qədər

Ananın, eləcə də atanın körpəsiylə bir yataqda yatmaq arzusu təbiidir. Hətta bəzi valideynlər uşağı ayrı çarpayıda yatırmağın qəti əleyhinə olub, bir yataqda uşağı yeditməyin daha asan olduğunu, qəfil ölümün qarşısını almağın mümkünlüyünü əsas gətirirlər.

Ancaq aparılan araşdırmalar göstərib ki, qəfil uşaq ölümünün səbəbi, bəzən elə valideynlə bir yataqda yatmaq olur. Birləşmiş Ştatlarda qəfil uşaq ölümünün səbəbini tapmaq üçün 20 il araşdırma aparılıb. Düzdür, qəfil ölümün səbəbi çox vaxt dəqiq bəlli olmayıb, amma məlum olub ki, yuxuda boğulan uşaqların 50%-dən çoxu valideynlə bir yerdə yatdığı üçün boğulub, yuxuya getmiş valideyn bilmədən körpəsini əzib, öldürüb. Sizin çarpayıda yatan uşağın qəfil yıxılması da istisna deyil. Odur ki, balanızı yanınıza qoymazdan əvvəl düşünün.

Amma uşaqla birgə yatmağın üstünlükləri çoxdur!
Pediatrlar hesab edirlər ki, 4-5 ayına qədər uşaq anası ilə yatmalıdır. Ona belə həm daha rahat, həm də xeyirdir. Doğrudur, bəzilərinin fikrincə, uşaq ayrı qalmağa, ağlamağa, qışqırmağa da adət etməlidir. Amma uşaq psixoloqları bu fikrin əleyhinədirlər. Onların fikrincə yeni doğulan uşaq yeni mühitə alışmağa onsuz da çətinlik çəkir, onu özümüzdən ayırmaqla vəziyyəti bir az da gərginləşdirərik. Anasının bətnində, dar, isti yerdə qalmağa adət edən körpəni birdən-birə geniş və işıqlı yerdə yalnız buraxmaq insafsızlıq deyilmi? Mütəxəssislərin fikrincə ana ilə yanaşı yatmaq uşağın əsəblərinin sağlamlığı deməkdir.

Bəzi pediatrlar hesab edirlər ki, uşağı yanında yatırmaqla ana onun tələblərinə vaxtında reaksiya verə, hətta qəfil ölümün qarşısını ala bilər, uşağın nəfəsinin kəsildiyini hiss edən ana tədbir görər.

Amma bütün bunlar, əlbəttə, ayıq analara aiddir. Siz bərk yatırsınızsa, körpənizi yanınıza qoymağın nəinki xeyri yoxdur, hətta ziyanı var. Bilmədən onu əzə, boğa bilərsiniz (yuxarıda bu barədə danışmışıq). Bu halda balanızın çarpayısını özünüzə yaxınlaşdıra, hətta onun çarpayısına söykənib yata bilərsiniz. Belə etsəniz, həm balanıza istədiyiniz qədər yaxın olar, həm də təhlükənin qarşısını alarsınız.

Çoxları deyir ki, uşağın valideynlə bir yerdə yatması gigiyenik cəhətdən doğru deyil. Ancaq unutmayın ki, süd dövründə ana ilə uşağın mikroflorası eynidir.

Yanaşı yatmaq südü artırır.
Yanaşı yatmağın üstünlükləri də çoxdurAna südünü “istehsal edən” hormonlar gecələr daha fəal olur. Ona görə də uşağa gecələr də süd verən qadınların südü daha bol olur, gecə süd verməyəndə hormonlar azalmağa, nəticədə ananın südü kəsilməyə başlayır. Uşaq ana ilə yatanda ona toxunduğu üçün süd daha fəal ifraz olunur, “süd dövrü” uzanır.

Tək pediatrların deyil, psixoloqların da fikrincə “toxunuş” ana və bala üçün çox vacib amildir. Gündüzlər uşaqdan ayrılmağa məcbur olan anaların uşaqla birgə yatmağa can atması təbii və zəruridir (təhlükəni unutmayın).

Uşağın ayrı yatmasının onun təklikdən qorxub-qorxmamasına təsiri barədə də fikirlər müxtəlifdir. Bəziləri uzun müddət valideynlə bir yataqda yatan uşaqların təklikdən qorxduğunu deyir. Ancaq araşdırmalar göstərib ki, bəzən doğulduğu gündən ayrı yatan uşaqlar da 2-3 yaşlarında qaranlıqdan, hətta gündüzlər təklikdən qorxmağa başlayırlar.

Seçim edərkən özünüzün və uşağınızın xüsusiyyətlərini nəzərə alın. Siz bərk və narahat yatırsınızsa, uşaqla yatmaq daha təhlükəlidir. Pediatrla məsləhətləşin, uyğun vəziyyət seçin.

Özünüzün əsəblərinizin pozulduğunu, yatmaq istədiyiniz halda körpənizin gecələr də sizə ehtiyacı olduğunu hiss edirsinizsə, çarə tapmalısınız. Əsəblərinizi pozan amilləri özünüzdən uzaqlaşdırın, lazımdırsa, işdən çıxın, ancaq balanızın tələblərinə cavab verməyə çalışın. Unutmayın ki, uşağın gecələr də süd istəməsi və ya sadəcə sizi tələb etməsi təbiidir və siz onun istəklərini yerinıə yetirməyə borclusunuz.   

Bəzi uşaqlar ayrı yatanda heç də əziyyət çəkmirlər. Siz bir ana kimi bunu hiss edə və balanızı özünüzdən ayırdığınız üçün narahat olmaya bilərsiniz.


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan