MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  UŞAQ NƏ GÖRÜR, NƏ EŞİDİR?  

Yazılar1 yaşa qədər

Yenicə doğulmuş balanızın döyükdüyünü, yaşılı və ya sarımtıl gözlərini ora-bura dikdiyini görürsünüz. O hara baxır? Sizi eşidirmi? Toxunanda hiss edirmi? Bu suallar sizi ilk gündən maraqlandıracaq. Və nənəniz, bəlkə də ananız yanınızdadırsa, onun heç nə eşitmədiyini, heç nəyi görmədiyini deyə bilər. Ancaq elə deyil! Balanız eşidir də, görür də. Hətta iy də bilir. Sizin ona toxunduğunuzu da hiss edir! Bunu uzun sürən, həm də müxtəlif ölkələrdə aparılan araşdırmalar nəticəsində müəyyən ediblər.

O görür
Uşağın görmə qabiliyyəti hələ ana bətnində formalaşmağa başlayır. Hamiləliyin təxminən 20-ci həftəsində uşaq parlaq işıqla qaranlığı ayıra bilir. Bununla belə doğulunca uşaqların görmə qabiliyyəti tam formalaşmır. Düzdür, onlar ilk gündən görürlər, amma uşaqların görmə qabiliyyəti böyüklərinkindən 20 dəfə aşağıdır. Çağa özündən 25-30 sm aralıda yerləşən əşyaları, dumanlı şəkildə görə bilir. Ancaq işığa, qaranlığa reaksiya verir, işıq güclü olarsa gözünü qırpır, ya da bağlayır, bununla da parlaq işığın onu narahat etdiyini bildirir.
Təzə doğulan uşaqlar parlaqlıqdan başqa qırmızı rəngli əşyaları seçirlər. Bir parlaq, yaxud qırmızı şarı havada yelləsəniz, uşağın şarın hərəkətini gözləri ilə izlədiyini görəcəksiniz. Bununla da siz balanızın görmə qabiliyyəti olduğunu müəyyən edə bilərsiniz. 
Bir müddətdən sonra sizin üzünüzün balanızı cəlb etdiyini hiss edəcəksiniz. Bu o demək deyil ki, o sizi tanıyır. Uşaq onunla söhbət edən istənilən adama baxa bilər.
Araşdırmalar göstərib ki, yeni doğulan uşaqları mürəkkəb şəkillər cəlb edir. Çağaya ağ və rəngli kağız göstərsəniz, o rəngli kağıza baxacaq (hətta ağ-qara rənglənən kağız onun diqqətini daha çox çəkir).
Uşaqların görmə qabiliyyəti sürətlə artır. Onlar doğulan gündən görməyə çalışır, hətta qaranlıqda gözlərini açır, ətrafa baxırlar. Doğrudur, bəziləri yatmağa daha çox üstünlük verir, amma bu sizi narahat etməsin, hər bir uşaq özünəməxsusdur.
Çox vaxt analar yenicə doğulan uşağın gözlərinin çəp olduğunu deyirlər və əksər hallarda yanılırlar. Çünki uşaqların göz əzələləri kifayət qədər inkişaf etmədiyi üçün gözün hərəkətini lazımi qaydada tənzimləyə bilmir. Odur ki, narahat olmayın. Ancaq gələcəkdə də belə problem olduğunu hiss etsəniz, həkimə müraciət edin.

O eşidir
Eşidir də, gülür də! Uşaq doğulanda onun eşitmə qabiliyyəti daha çox olur, nəinki görmə. Axı uşaqlar hələ ana bətnində, hamiləliyin 17-ci həftəsində eşitməyə başlayırlar. Odur ki, balanız bəzi yüksək səslərə reaksiya verməyəndə narahat olmayın, o belə səsləri eşitməyə artıq adət edib. Bununla belə çağalar bəzən yavaş səslərə reaksiya verir, məsələn, o yatanda pıçıldaşsanız yerində tərpənir, bununla narahat olduğunu bildirir.
Yeni doğulan uşaqlar adamların səsini başqa səslərdən ayırırlar. Hətta mütəxəssislər uşağın kimin—atanın, yoxsa anaın səsini yaxşı tanıdığı barədə razılığa gələ bilmirlər. Bəzilərinin fikrincə ananı daha çox eşitdiyi üçün uşaq onun səsini daha yaxşı tanıyır. Bəziləri hesab edir ki, uşaq ana bətnində olanda daha yavaş səsləri daha asan qəbul etdiyi üçün doğulandan sonra ilk günlər atanın səsini daha yaxşı tanıyır, sonradan ananın səsinə öyrəşir.
Mütəxəssislər uşaqların ürək döyüntüsünə qulaq asmaqla onların qadın səsinə daha həssas olduqlarını müşahidə ediblər. Məlum olub ki, qadın səsi eşidəndə çağanın ürək döyüntüsü zəifləyir, kişi səsi eşidərkən ürəyin ritmində dəyişiklik olmur.

O dad bilir
Uşaq doğulandan 12 saat sonra onun ağzına şirin su damcısı atsanız razı qaldığını hiss edəcəksiniz, limon damcısını dadsa üzünü turşudacaq. Uşaqlar doğulan gündən şirin, acı, duzlu və turş dadları bilirlər. Şirin şey onları sakitləşdirir, acı və turş şeylər qıcıqlandırır. Hələ qədimdə bunu bilən analar südün dadını artırmaq üçün zirə, şüyüd çeynəyir, yaşıl alma yeyirdilər.

O iy bilir
İki salfet götürün, birini anaın döşünə vurun, birini təmiz saxlayın. Bu salfetləri hətta 3-10 günlük körpəyə versəniz, o, anasının döşünə dəymiş salfetə tərəf çevriləcək. İy bilməsəydi, uşaq ağlayanda üzünü anasının sinəsinə sürtməzdi!

Toxunanda hiss edir
Onun ətrindən gözəl nə ola bilər?!Uşaqların hissiyyatı güclü olur. Bəzi hərəkətləriniz onları sakitləşdirdiyi halda, bəzi şeylər narahat edir. Məsələn, uşaq narahat yerdə uzadılanda, həddən artıq geyindiriləndə və s. hallarda qışqırmağa, ağlamağa başlayır. Valideynlər bunu adətən tez hiss edir, balalarının nəyi sevdiyini, nəyi sevmədiyini bir neçə günə müəyyən edirlər.
Uşaqların hissiyyatı hələ ana bətnində inkişaf etməyə başlayır. Uşaqlar onları əhatə edən dölətrafı mayeni, ananın bətninin divarlarını hiss edirlər. Divarlara dəyəndə geri atılmaqla sizə varlıqlarını bildirirlər. Hamilə olduğunuz dövrlərdə çox oturanda, dar geyinəndə balanızın narahat olduğunu yəqin ki, hiss etmisiniz.


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan