MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  BALAM NİYƏ AĞLAYIR?  

Yazılar1 yaşa qədər

Çağa gündə 2-3 saat ağlaya bilər. Niyə? Uşaqların “dili yoxdur”, nə istədikərini deyə bilmirlər, qışqırmaqdan başqa nə edə bilərlər ki? Biz azacıq diqqətli olsaq, balamızın niyə ağladığını anlaya, onu sakitləşdirə bilərik. Uşağın ağlamasının bir neçə səbəbi olur:
 
Aclıq—uşağın hər şeydən çox yeməyə ehtiyacı var. Uşağın acından ağladığını anlamaq asandır. Ac uşaq dayanmadan qışqırır, siz onu qucağınıza alan kimi ağzını sinənizə sürtür. Balanızı 2-3 saat qabaq yedirtmisinizsə və o ağlayırsa, deməli yemək istəyir (çəkisi çox olan uşaqlar daha tez-tez acırlar). Cədvələ baxmayın, onu doydurun. Amma unutmayın ki, hər dəqiqə yeyən uşağın qaz problemi olur, hər şeyin həddi var.

Susuzluq—çağaya azacıq sərin, qaynadılmış su vermək olar. Su xüsusilə hava isti olanda, temperatur həddən çox artanda vacibdir. Bundan başqa uşağınızın bezi quru qalıbsa, yəni uzun müddət işəmirsə, ona su verin. Su əvəzinə uşaqlar üçün nəzərdə tutulmuş çay da vermək olar. Körpələr, adətən gecə, ya da çiməndən sonra su istəyirlər.

Diqqətsizlik—uşaq qayğı istəyir. Sizin ona diqqətsiz olduğunuzu hiss edəndə narahat olur, ananı “çağırmağa” başlayır--əvvəl ağlayır, sonra sakit dayanır, sonra yenə qışqırır. Balanızı hərdən qucağınıza alın, onunla söhbət edin. Uşağı elə yerə qoyun ki, ətrafda baş verənləri, o cümlədən sizi müşahidə edə bilsin.

Yorğunluq—yeni məkan, tanış olmayan adamlar, səs-küy körpələri yorur və uşaq yata bilmir. Yorğun uşağı oyuncaqla, ya da başqa maraqlı şeylərlə sakitləşdirmək mümkün deyil. Onu səssiz yerə aparmaq, sığallamaq, sakitləşdirmək lazımdır.

Yaş bezlər—balanızın bezini tez-tez dəyişin. Dərisi həssas olan uşaqları nəm bezlər daha çox narahat edir (ümumiyyətlə bir bezi uşağın əynində uzağı 5 saat saxlamaq olar). Onlar bəzən qaşınır, amma nə istədiklərini deyə bilmirlər. Balanızın dərisi həssasdırsa, onu quru saxlamağa çalışın. Yaxud həkimlə məsləhətləşin, büküşləri yağlayın, ya kremləyin ki, bişməsin. Mümkünsə, balanızı bəzən bezsiz saxlayın.

İsti və ya soyuq—uşağın boynunu tez-tez yoxlayın. Boyun nəm və ya isti olmamalıdır. Otaqda temperatur həddən artıqdırsa (otağın temperaturu 20-22 dərəcədən çox olmamalıdır), uşağı soyundurun, tək bir paltarda saxlayın. Soyuq da uşağı narahat edir. Balanızın əl-ayağı soyuqdursa, deməli üşüyür, ona tez əlavə paltar geyindirmək lazımdır.

Masaj balacaların çox xoşuna gəlirAğrı—bəzən çağa ayaqlarını qaldırır, bərk ağlayır, sakitləşmir. Ola bilər o, xəstələnib. Temperatur, dişlər (4-6 ayda), bəzən adi sancılar uşağı incidir. Sancı qorxulu şey deyil, körpələr adətən ilk üç ayda sancıdan əziyyət çəkirlər. Belə olanda eyni vaxtda—çox vaxt axşam, ya da gecələr ağlayırlar. Təəssüf ki, sancıya qarşı vasitə yoxdur. Yeganə çıxış yolu uşağı qucağa almaq, qarnını masaj etməkdir. Qarın və ya bel nahiyəsinə qoyulan isti parça da (əlbəttə, parçanı çox qızdırmaq olmaz, uşağı yandırar) sancıları azaldır.

Qaz—bağırsqlarına qaz yığılanda uşaq narahat olur, ağlamağa başlayır. Balanızın qarnını saatın əqrəbi istiqamətində masaj edin, ya ayaqlarını ehtiyatla qarnına sıxın. Qaz çıxırsa, uşaq sakitləşirsə, deməli ağlamağın səbəbini tapmısınız. Qaza qarşı xüsusi çaylar da var. Balanız qazdan tez-tez əziyyət çəkirsə, həkimlə məsləhətləşib, çaylardan istifadə edə bilərsiniz.

Bəzən uşağı əmizdirdiyiniz yerdə, ya da yedirdəndən sonra onun ağlamağa başladığını görürsünüz. Balanız gah yeyir, gah ağlayırsa, butulkanı gah götürür, gah atırsa, deməli mədəsinə hava yığılıb. Axı bütün uşaqlar yemək yeyəndə hava da udurlar. Odur ki, hər dəfə balanızı yedirdəndən sonra dik tutun, qoy gəyirib, rahatlansın. (Uşaq gəyirəndə üstünüzə süd tökə bilər. Əvvəlcədən çiyninizə bir dəsmal atsanız, yaxşıdır.)
Əlbəttə, burda bütün səbəblər sadalanmayıb. Uşaq istəmədiyi
vəziyyətdə uzananda, hansısa həşərat onu narahat edəndə, əli oyuncağına çatmayanda, yad adamdan, parlaq işıqdan, yüksək səsdən qorxanda da ağlayır. Ağlamağının səbəbini tapıb, aradan qaldırsanız, balanız sakitləşər. Ağlayan uşağı qucağınıza alın, azca yelləyin, qarnını, belini sığallayın. Bu, uşağı sakitləşdirir, amma bəzi uşaqların daha bərk, daha çox enerji ilə qışqırmasına səbəb olur. Belə olan halda musiqi dinləyin, ya da özünüz nə isə oxuyun. Uşaq xəstələnməyibsə, ağrımırsa, adətən tez sakitləşir.


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan