MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  TƏZƏ DOĞULAN UŞAĞA NƏ ALINMALIDIR?  

Yazılar1 yaşa qədər

Mövhumatçı adamlar doğulmamış uşağa pal-paltar almamağı məsləhət görürlər. Ancaq etiraf etmək lazımdır ki, bəzi şeyləri qabaqcadan almasanız, böyük problemlərlə üzləşə bilərsiniz. Təsəvvür edin ki, uşaq doğulub, siz doğum evindən çıxmalısınız, amma uşağınıza heç nə almamısınız. Ola bilər ilk günlər valideynlər, bacı-qardaş köməyə gəlsin, amma bunun sonrası da var...
Bəzi şeyləri uşaq doğulunca almaq nəinki lazımdır, vacibdir! Amma ayaq saxlayın! Mağazaya girəndə səbirsizliklə gözlədiyiniz balanıza balaca və şirin görünən hər şeyi almaq istəyəndə, dayanın. Unutmayın ki, uşaqlar ilk aylar sürətlə böyüyür və bəzi paltarları bircə dəfə geyinirlər. Odur ki, əvvəlcədən siyahı tutun. Bu işdə sizə kömək edə bilərik. Gəlin əvvəlcə pal-paltarın siyahısına baxaq.

Pal-paltar
1. Üç ədəd “body”
2. Üç ədəd köynək və şalvar
3. Üç ədəd kiçik papaq və ya ləçək
4. Uşaq əlcəkləri (Bunlar adətən uşaq paltarı dəstlərində olur)
5. Uşağı bükmək üçün 10 ədəd əski (yumşaq və yüngül parçadan olmalıdır)
6. Nazik ədyal
7. Dəsmal (uşağı başqalarının istifadə etdiyi dəsmalla qurulamaq olmaz)

Vacib əşyalar
1. Uşaq çarpayısı
2. Yataq dəsti
3. Uşaq arabası (çantası olsa, yaxşıdır)
4. Uşaq vannası (uşağı başqa məqsədlər üçün istifadə olunan vannada çimdirmək olmaz)
5. Uşaq paltarlarını yumaq üçün kiçik vanna
6. Uşaq sabunu (uşağı yumaq üçün)
7. Uşaq paltarlarını yumaq üçün sabun və ya yuyucu toz
8. Uşaq yağı (və ya dağ olmuş günəbaxan yağı)
9. Uşaq kremi
10. Bir neçə ədəd bez (bütöv paçkanı almayın, çünki bəzən yeni doğulan uşaqlar üçün nəzərdə tutulmuş bez uşaqlara dar olur. Nəzərə alın ki, dünyada ən iriçəkili uşaqlar Qafqazda doğulurlar)
11. Uşaq üçün termometr (suyun və otağın temperaturunu ölçmək üçün də termometr alsanız, yaxşı olar)
12. Daraq
13. Dirnaq naboru 
14. Su və ya süni yemək üçün butulka (ana südü versəniz də, bu butulkalar gələcəkdə sizə lazım olacaq)
15. Yaş salfet
16. Spirt
17. Pambıq
18. Pambıq çöplər
19. Damcıtökən (pipet)

Özünüz üçün
1. Yaxası düyməli köynək, ya xalat-2 ədəd
2. Yaxası düymələnən gecə paltarları
3. Üstü açılıb-bağlanan lifçiklər (süd verən analar üçün belə alt paltarından istifadə etmək daha rahatdır)
4. Birdəfəlik bezlər
5. Döş üçün birdəfəlik bezlər
6. Döş giləniz çox xırdadırsa xüsusi böyüdücü rezin
7. Krem (döşdə əmələ gələn çatların qarşısını almaq üçün)

Bunlar vacib olan şeylərin siyahısıdır. Arzu və imkanınız varsa, daha çox şey, məsələn, uşağı çarpayının bərk kənarlarından qorumaq üçün xüsusi yumşaq zolaq, uşaq lampası, çarpayının üstündən asmaq üçün pərdə, səsli oyuncaq, vannaya qoymaq üçün oyuncaqlar, uşağı geyindirib-soyundurmaq üçün xüsusi lövhə,  butulkalar üçün sterilizator, əmzik, əmziyi paltara bərkitmək üçün nəzərdə tutulmuş oyuncaq, gecələr parlayan əmzik və s ala bilərsiniz.

Bu əlbəttə, ilkin siyahıdır. Nəyi isə unutmuşuqsa, siz əlavə edin. Və unutmayın ki, uşaq üçün alınan hər bir şey keyfiyyətli və etibarlı olmalıdır.


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan