MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  DIRNAQLARA QULLUQ  

Yazılar1 yaşa qədər

Manikür naborunu balanıza doğulana qədər alın. Düzdür, uşaqlar çox vaxt ya bələnir, ya da əllərinə əlcək geyindirilir. Amma onları açıq saxlamaq da lazımdır. Bu halda balanız əllərini tərpədə və dırnaqları kəsilməyibsə, özünün, ya sizin üzünüzü cıra bilər. 
Sonralar, uşaq iməkləməyə başlayanda da dırnaqlarının kəsik olması vacibdir. Uzun dırnaqların altına çoxlu çirk, mikrob yığılır. Bu mikroblar uşağın mədə-bağırsağına düşsə, problem yaradar.
Uşağın dırnaqlarını normalda 3-5 gündə 1 dəfə kəsmək lazımdır, ayaq dırnaqları gec uzandığı üçün 7-10 gündə 1 dəfə kəsmək kifayətdir.  
Bəzən analar uşağın dırnağını kəsməyə ehriyat edirlər. Balanızın barmaqlarını zədələməkdən qorxursunuzsa, sizə bir neçə məsləhət:  

•Balanızın dırnaqlarını kəsərkən uşaq üçün nəzərdə tutulmuş, ucu dəyirmi qayçılardan istifadə edin (ucu miz qayçı uşağa dəyə, onu zədələyə bilər). Uşaqlar üçün xüsusi “pilkalar” da olur. Bu, balanızın dırnaqlarının iti hissələrini ehtiyatla “mişarlamağa” imkan verir və daha təhlükəsizdir. Dırnaqları dibdən kəsməyin ki, balanızın dərisini zədələməyəsiniz. Uşağın dırnaqlarını kəsərkən böyüklər üçün nəzərdə tutulmuş əşyalardan istifadə etmək olmaz! 

•Balanızın dırnaqlarını kəsməyə başlayandan əvvəl əllərinizi yuyun, qayçını spirtlə silin ki, mikroblar məhv olsun. Uşağın əlini əlinizə alın, barmaqlarını ehtiyatla, amma bərk tutun.

•Uşağın dırnaqlarını axşam çiməndən sonra, yaxud yatarkən kəsmək məsləhətdir. Çiməndən sonra dırnaq yumşaq olur və dərini zədələmək ehtimalı azalır. Uşaq yatanda tərpənmədiyi üçün siz işinizi rahat görə bilərsiniz.

•Balanızın dırnaqlarını yatdığı vaxt kəsmək mümkün deyilsə, onun diqqətini hansısa oyuncağa və ya ona maraqlı olan əşyaya cəlb edin və “işinizi görün”.

•Bəzi valideynlər uşağın dırnağını ikilikdə kəsir, bir nəfər uşağın əlini tutur, ya başını qatır, o biri qayçını “işə salır”. Uşağı yola gətirmək üçün əvvəl öz dırnağınızı kəsə bilərsiniz. Bir qədər böyük uşağa dırnaqları kəsməyin niyə vacib olduğunu izah etmək lazımdır.

•Balaca uşaqların ayaq dırnaqlarını kəsmək üçün onları qarnı üstündə uzatmaq daha yaxşıdır. Uşağı uzadıb, qabağına oyuncaq qoyun. Ayaqlarını dizdən büküb, dırnaqlarını kəsməyə başlayın. Bu vəziyyətdə uşaqlar ayaqlarını çox tərpətmirlər.

•Uşağın ayaq dırnaqlarını dəyirmi yox, düz kəsin. Dırnağın künclərini kəsməsəniz inkişaf etməz və uşağın dırnaqlarının dəriyə girməsinin qarşısını almış olarsınız. Amma əl dırnaqlarını dəyirmi—barmağın formasına uyğun kəsmək lazımdır. 

•Südəmər uşaqların dırnaqlarını həmişə kəsmək mümkün olmur, iti yerləri “pilka” ilə düzəltmək kifayət edər.

Uşağın barmağı zədələnsə, neyləməli?
Onun barmaqlarını ehtiyatla, amma bərk tutunBalanızın dırnağını kəsəndə zədələmisinizsə, narahat olmayın. Zədələnmiş hissəni steril bintlə örtün, qan kəsənə qədər tutun. Binti uşağın əlində qoymayın! O, əlini ağzına apara, binti uda, boğula bilər!
Balanızın barmağına infeksiya düşübsə, sarı, ya yaşıl rəngli irin görünürsə, onun barmağını furasilin qatılmış su ilə yuyun (yarım stəkan qaynadılmış suya bir həb). Ya da həkimlə məsləhətləşib, başqa dərman qoyun. Bu halda uşaq tənzifi, dərmanı ağzına aparmasın deyə onun əlinə əlcək geyindirmək lazımdır. Bir qədər böyük uşağın barmağını soda qatılmış suya salmaq olar (bir stəkan qaynadılmış suya 1 çay qaşığı soda). Südəmər körpənin barmağını təmizləmək üçün duzlu sudan istifadə etmək olmaz. 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan