MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  ÜZ-GÖZÜN TƏMİZLƏNMƏSİ QAYDASI  

Yazılar1 yaşa qədər

Uşağın üzündə ehtiyatla təmizlənməli olan gözlər, qulaqlar, bir də burundur. Onların təmizliyi uşağın sağlamlığı üçün vacibdir. Sağlamlığı qorumaq üçün ehtiyatlı və diqqətli olmalısınız. Bəzi xırda məqamları bilsəniz, problem olmaz.

Gözlər
Yəqin bilirsiniz ki, uşağın üzünü hər səhər qaynadılmış ilıq su və pambıqla silmək lazımdır. İki pambıq parçasını göz üçün ayırın. Pambığı azacıq isladıb, kirpiyin qırağı ilə, gicgahdan buruna doğru silin. Hər göz üçün ayrı-ayrı pambıqdan istifadə edin! Bir göz üçün istifadə olunan pambıqla o birini silməyin!
Uşağın gözündə çirk olanda ana südü ilə silmək olar. Çirk həddən artıq çoxdursa, 1-2 günə dayanmırsa, həkimə müraciət edin.

Qulaqlar
Qulaqları xüsusi pambıq çöplərlə təmizləmək lazımdır (satışda belə çöplər çox ucuzdur). Almamısınızsa, özünüz də çöpün başına pambıq dolaya bilərsiniz. Pambığı suda və ya uşaq yağında isladıb, qulağın arxasını-başa birləşən hissəsini, qulağın bütün büküşlərini silin. Ancaq eşitmə yolunun yalnız kənarını silin, pambığı deşiyə salmayın!
Uşağın qulağını təmizləyənə ehtiyalı olun, uşaq tərpənə, siz pambıq çöpü uşağın qulağına—eşitmə yoluna sala bilərsiniz. Bu isə təhlükəlidir, qulaq pərdəsi zədələnər, ya da sadəcə uşağı incidərsiniz.


Burun
Yenə də pambıq çöpləri qaynadılmış ilıq suda isladın. Burun deşiklərini əlinizin dairəvi hərəkəti ilə silin.
Uşağın burnu tutulubsa, burun deşiklərini ana südü ilə təmizləmək, ya da buruna çox az miqdarda yağ salmaq olar (kərə yağı).
Soyuqdəymə olarsa, ana südü, ya da həkimin məsləhət gördüyü maddədən istifadə edə bilərsiniz. Südü, ya da həkimin məsləhət gördüyü mayeni damcıtökənə çəkin. Uşağı yanı üstə uzadın. Sağ yanı üstə uzanıbsa, damcıtökəndəki mayeni sol burun deşiyinə tökün. Gözləyin, maye o biri burun deşiyindən axsın. Axan mayeni quru salfetlə silin.

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan