MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  UŞAQLA GƏZİNTİ  

Yazılar1 yaşa qədər

Uşaq təmiz havaya nə qədər tez çıxsa, bir o qədər sağlam olar. Körpənin yuxusu, iştahası, rəngi havaya çıxıb-çıxmamasından asılıdır.

Uşağı neçə günlüyündə havaya çıxarmaq olar?
Bu barədə müxtəlif fikirlər var. Bəzi mütəxəssislər deyir ki, uşaq doğulandan 7-10 gün sonra təmiz havada gəzmək olar. Amma bəziləri hesab edir ki, uşaq yeniliyə tədricən alışmalıdır. Ana bətnindən çıxan uşaq əvvəlcə daha geniş olan bələklə, sonra bir az da geniş otaqla, daha sonra isə böyük səma ilə tanış olur və bütün bunlar tədricən baş verməlidir. Siz də bu fikirdəsinizsə, balanızı açıq havaya çıxaracağınız günü özünüz müəyyən edin. Yəqin ki, ana olaraq, övladınızın havaya çıxmağa hazır olduğunu hiss edəcəksiniz.
İstənilən halda yeni doğulan körpəni ilk 30-40 gündə havaya çıxarmaq lazımdır. Və ilk dəfə açıq havada cəmi 15 dəqiqə qalmaq kifayət edər. Gəzintinin müddətini hər gün bir az uzadın, getdikcə daha çox və daha tez-tez çıxın. Gündə 2 dəfə, hər dəfə 2-3 saat gəzmək faydalıdır. Həkimlər uşaqla səhər saat 9-dan 12-yə qədər, bir də axşam saat 7-dən sonra gəzməyi məsləhət görürülər. 
Amma uşağı soyuq havada çox yatırtmayın, soyuqda yatan uşaq tez-tez xəstələnir.

Hansı temperaturda gəzmək olmaz?
Havanın temperaturu -5 dərəcədən aşağıdırsa, 2 ayı tamam olmamış uşağı havaya çıxarmaq olmaz. 2-3 aylıq uşağı -10 dərəcədən aşağı temperaturda gəzdirmək məsləhət deyil.
Çox isti havada da gəzmək həm siz, həm də balanız üçün təhlükəlidir. Uşaqları və qocaları qorumaq məqsədilə sinoptiklər havanın həddən artıq isti olacağı barədə adətən əvvəlcədən xəbərdarlıq edir, evdən çıxmamağı məsləhət görürlər.

Havaya çıxanda necə geyinməli?
Vaxt yoxdursa, eyvanda da hava almaq olarƏlbəttə, hər şey fəsildən və uşağın havanın temperaturuna reaksiyasından asılıdır. Düzdür, analar adətən yeni doğulan uşağı çox geyindirməyə çalışırlar, amma çox isti geyimə ehtiyac yoxdur. Bayıra çıxanda temperaturu yoxlayın. Öz paltarlarınızı müəyyən edin, uşağı özünüzdən bir qat artıq geyindirin.
İstidə bir nazik papaq və pambıq paltar və yumşaq bələk kifayətdir. Hava yağışlı olarsa, nazik ədyal da örtmək olar. Güclü külək və yağışda gəzmək lazım deyil.
Sərin havada nazik paltar və ya bələk, isti kombinezon, bir nazik, bir qalın papaq lazımdır.
Soyuqda balanıza nisbətən qalın paltar və isti kombinezon, yenə bir nazik, bir də qalın papaq geyindirməlisiniz. İsti ədyal da örtmək olar. Bəzən uşaq arabalarının özünün xüsusi örtüyü olur. Zərfə bənzəyən örtük uşağı həm yağışdan, küləkdən, həm də soyuqdan qoruyur.
Qışda gəzməyə çıxanda əvvəl özünüz geyinin, sonra uşağı geyindirin ki, ona isti olmasın. (Və həmişə ehtiyat ədyal götürmək məsləhətdir.)

Uşaqla harda gəzməli?
Bəzən iri şəhərlərdə analar küçədən başqa gəzməyə yer tapmır. Amma uşağı maşınlardan, hündür binalardan, kütlədən uzaq, ağacların çox, havanın təmiz olduğu yerdə gəzdirmək məsləhətdir. Yaxınlığınızda park və ya meşə varsa, mütləq orda gəzin. Bəzi uşaqlar güclü səslərdən narahat olduqları üçün bayıra çıxanda ağlamağa başlayırlar. Belə körpələri sakit yerdə gəzdirmək daha yaxşı olar.
Gəzmək imkanı olmayanda həyətyanı sahəniz varsa, ora, ya da eyvana çıxa bilərsiniz. İlk günlər analar işin çoxluğundan əziyyət çəkir, yeni körpəylə yeni rejimə alışa bilmədiklərindən hər şeyə vaxt ayıra bilmirlər. Belə olanda uşağı arabasına qoyub, bir neçə dəqiqə eyvanda saxlamaq olar.

 

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan