MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  UŞAQ DÖŞLƏRDƏN BİRİNƏ ÜSTÜNLÜK VERİR  

Yazılar1 yaşa qədər

Bəzən uşaq ananın bir döşünə  (sağ və ya sol döşə) üstünlük verir. Bunun bir neçə səbəbi ola bilər. Ana bir qolunu daha güclü bilir, uşağı bir tərəfində daha rahat tutur, yaxud sağ əlini iş görmək üçün boş saxlayır (uşağa sol döşünü verir). Nəticədə uşaq həmin tərəfdən qidalanmağa alışır. Bu ananın bir döşündə (uşağın əmmədiyi döşdə) südün azalmasına səbəb olur.

Ancaq bilin ki, bunun bir neçə fəsadı ola bilər. Uşaq birtərəfli qidalananda boyun əzələsinin bir hissəsi normal inkişaf etməyə bilər. Siz uşağı oturtsanız, onun başının döş verilməyən tərəfə əyildiyini görərsiniz.

Bundan başqa, uşaq birtərəfli qidalananda anada əyrilik olur, ana bədənini bir tərəfə əyməyə başlayır. Yaxud döşündən biri o birinə nisbətən kiçilir.

Odur ki, uşağa hər iki döşünüzü verməyə çalışın. Gecikmisinizsə, döşünüzün birində süd əmələ gəlmirsə, uşaq yeməyəndə südü sağmağa çalışın. Yaxud uşaq acanda əvvəl ona istəmədiyi döşü verin.

Bəzən uşağın özünün inkişafında problem olduğu üçün ananın döşlərindən birinə üstünlük verir. Odur ki, belə halda mütləq həkimə müraciət edin, problemin əsil səbəbini tapmağa çalışın.   


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan