MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  YARIMÇILIQ DOĞULMUŞ UŞAĞA QULLUQ  

Yazılar1 yaşa qədər

Yarımçıq doğulmuş uşaq problem deməkdir. Vaxtından əvvəl doğulan uşaqların hərəsinin bir və ya bir neçə problemi olur. Bəzilərinin həzm, bəzisinin tənəffüs sistemi tam formalaşmır. Onlar ətrafda baş verənlərə normal uşaqlar qədər reaksiya verə bilmirlər. Müalicədən başqa, yarımçıq doğulan uşaqların zəif orqanizmi onlara xüsusi qayğı və diqqət tələb edir. Çəkisindən asılı olaraq, yarımçıq doğulmuş uşaqları 4 qrupa bölürlər:
1-ci qrup 2001-2500 q
2-ci qrup 1501-2000 q
3-cü qrup 1001-1500 q
4-cü qrup 1000 q v
ə ya daha az
Dünya S
əhiyyə Təşkilatının normalarına görə çəkisi 500 q-dan az olmayan, ürək döyüntüsü eşidilən döl salamat doğulmuş hesab olunur. Belə uşağı yalnız ən müasir texnologiya və dərmanların köməyi ilə, bütün gün xüsusi qayğı göstərməklə saxlamaq olar. Yarımçıq doğulmuş uşaqların orqanizmi bədənin temperaturunu qoruya bilmədiyi üçün onları xüsusi otaqlarda, özünəməxsus mikroqilimi olan apparatlarda qoruyurlar. Çəkisindən asılı olaraq, uşaqlar belə apparatlarda 3 gündən bir neçə həftəyə qədə
r saxlanır.
Bütün uşaqlar doğulandan sonrakı bir neç
ə gün ərzində arıqlayırlar. Yarımçıq doğulmuş uşaqlarda arıqlama prosesi sürətli olur. Yaxşı qulluq olunsa, yarımçıq doğulmuş uşağın çəkisi 3 həftəliyində bərpa olunur, 3 aylığında iki dəfə, 4-5 aylığında üç dəfə, yaşına qədər 6-7 dəfə artır. Belə nəticəni almaq üçün yarımçıq doğulmuş uşağı yaxşı və
düzgün qidalandırmaq lazımdır.  
Yarımçıq doğulmuş uşağın da qidalandırılması onun ç
əkisindən, vəziyyətindən asılıdır. Məsələn, uşaq südü udmaq qabiliyyətinə malik deyilsə, südü onun mədəsinə xüsusi boru—zond vasitəsilə çatdırırlar. Uşağın çəkisi 2000 q-ı keçərsə, vəziyyəti yaxşılaşarsa, ona döş vermək mümkündür. Belə uşağa əvvəlcə gündə bir dəfə, sonra 2-3 dəfə, sonrakı günlərdə normal qaydada ana südü—döş verilir. (Südü əmmək uşaq üçün heç də asan iş deyil. Ona görə də həkimlər ilk dəfə onun vəziyyətinə baxır, hazır deyilsə, uşağa yenə boru vasitəsilə, ya da butulka və ya qaşıqla süd verirlə
r.)
Uşağın h
əzm sisteminin hazır olmaması, mədəsinin ölçüsünün kiçikliyi onun qidasının miqdarına da təsir edir. Yarımçıq doğulmuş çağaya ilk günlər bir dəfədə 10-15 ml, ikinci gün 15-20 ml, üçüncü gün 25-30 ml süd verilir. Sonrakı günlərdə verilən südün miqdarı uşağın çəkisinə əsasən müəyyə
n olunur.
Z
əif yeyən uşağa hər 1,5-2 saatdan bir döş vermək lazımdır (gecələr də eyni qaydada). Problem yoxdursa, uşaq qusmursa, ona nə qədər istəyir, döş vermək olar. Ana südü ilə qidalanmırsa, yarımçıq doğulmuş uşağa hər 3 saatdan bir yemək verilməlidir (gecələr 6 saat fasilə verməklə
).
Ancaq yarımçıq doğulan uşaq üçün ana südü h
ər şeydən vacibdir.
Yarımçıq doğulmuş uşaq məhz anasının südünün tərkibindəki zəruri maddələrin köməyi ilə lazımi şəkildə inkişaf edə bilər. Ana südü yarımçıq doğulmuş körpələr üçün ən yaxşı qoruyucu vasitədir. Ananın südü yoxdursa, başqa anaya müraciət etmək lazımdır!
Ana südünd
ən süni qidaya keçəndə ehtiyatlı olun. Süni qida əvvəlcə gündəlik qidanın 1/8-ni, ikinci gün 1/4-ni, üçüncü gün 1/2-ni təşkil etməlidir. Yarımçıq doğulmuş uşaq ana südündən süni qidaya tam olaraq 5-6 gün ərzində keçirilə bilə
r.
İndi h
ətta yarımçıq doğulmuş uşaqlar üçün qidalar istehsal olunur. Həkimlə məsləhətləşib, etibar etdiyiniz şirkətin hazırladığı məhsullardan istifadə edə bilə
rsiniz.
Əlavə qida yarımçıq doğulmuş uşaqlara daha tez verilir. Yarımçıq doğulmuş uşaqlara 1,5 aylığında meyvə püresi verilməlidir (əvvəlcə gündə 1 dəfə, çay qaşığının ucunda, sonrakı gün yarım çay qaşığı).Yarımçıq doğulan uşaqlara 6 aylığında 60 q, bir yaşında 100 q meyvə püresi vermək olar.

Xəstəxanadan çıxırıq
Ad
ətən yarımçıq doğulmuş uşaqları, çəkisi 2000 q-a çatanda, uşağın orqanizmi bədən temperaturunu qorumağı bacaranda, fəal şəkildə qidalananda, qan analizlərinin göstəriciləri normal olanda xəstəxanadan çıxarırlar. Anaların xəstəxanadan tez çıxmağa can atması anlaşılandır, amma ana uşağının vəziyyətini nəzərə almalı, tək qalanda körpəsinə qulluq etməyi bacarmalıdır. Xəstəxanadan çıxandan sonra bütün məsuliyyət ananın üzərinə düşür. Ana hər şeydən əvvəl südünün gəlməsinə çalışmalı, əlindən gələni eləməlidir.

Vanna
Suya girm
əyə hazır olan kimi yarımçıq doğulan uşağı çimdirmək lazımdır. Su, onlar üçün çox doğmadır. Yarımçıq doğulmuş uşaq ilk günlər temperaturu 36-37° olan suda çimdirilməlidir. Sonralar suyun temperaturunu yavaş-yavaş endirmək, 32-34°-ə salmaq olar. Çəkisi 1 kq-dan az olan uşaq yalnız 4 həftəsi tamam olandan sonra çimdirilə bilər. Hələ ki, onun bədənini silə bilərsiniz.

Hava vannası
Hava vannası (paltarını dəyişdirəndə uşaqlar onsuz da belə vanna qəbul etmiş olurlar) birinci ay 3-4 dəqiqədən artıq çəkməməlidir (yarımçıq doğulmuş uşaqlar gündə 3-4 dəfə belə vanna qəbul edə bilərlər). Sonralar hava vannasının müddətini 10-12 dəqiqəyə qədər uzatmaq olar.
Yarımçıq doğulmuş uşağın ç
əkisi 1300 q-a çatıbsa, bir aylığında onu qarnı üstündə uzatmaq olar. Əvvəlcə onu bu halda cəmi bir neçə dəqiqə saxlayın. Sonralar müddəti uzadın; gündə 3-4 dəfə 10 dəqiqəliyə qarnı üstə qoyun.

MassajZəif uşaqlar üçün xüsusi gimnastika hərəkətləri kompleksi var
Yarımçıq doğulmuş uşağın ç
əkisi 1800 q-a çatıbsa, bir aylıq uşağın qarnını yüngül massaj etsəniz yaxşı olar. Ümumi massaja uşağın çəkisi 3 kq-a çatanda başlamaq olar. Unutmayın ki, bu işi siz yox, peşəkar massajist görməlidir. İlk günlərdə 3-5 dəqiqəlik seans kifayətdir.
3-4 ayından sonra massaja gimnastika elementl
əri əlavə etmək olar. Zəif və yarımçıq doğulmuş uşaqlar üçün xüsusi gimnastika hərəkətləri kompleksi var. Fizioterapevtə müraciət etsəniz, sizə bu işdə
yardımçı olar.
G
əzinti

Yarımçıq doğulmuş uşaq 2-3 həftəliyindəəkisi 2000 q-ı keçibsə!) təmiz havada gəzintiyə çıxarıla bilər. Havanın hərarəti 10-12°С-dirsə, uşağı gündə 2-3 dəfə (hər dəfə 30-40 dəq) gəzdirmək olar.

Yarımçıq doğulmuş uşaqlara peyvənd və vitaminlər fərqli vaxtlarda verilir. Həkimlə əlaqə saxlayın, peyvənd və vitaminləri vaxtında verməyi unutmayın.


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan