MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  MUSİQİ DƏRSİNƏ GEDƏKMİ?  

Yazılar1 yaşdan 3 yaşa qədər

Valideynlər uşağı idmana, rəqsə, musiqi dərslərinə göndərmək üçün adətən tələsirlər. Bəzi şeylərlə, məsələn, idman növləri ilə 3 yaşdan sonra məşğul olmaq olar. Ancaq ciddi musiqi dərsləri 3 yaşlı uşaq üçün tezdir, musiqi ilə məşğul olmaq üçün uşağın 5-6 yaşı olmalıdır.

 

Amma bu o demək deyil ki, uşağın musiqiyə həvəsinə əhəmiyyət verməməlisiniz. Əksinə, siz balanızın hansısa alətə maraq göstərdiyini hiss edirsinizsə, ona həmin alətin kiçiyini ala bilərsiniz. Məsələn, balaca nağara, qarmon, tar almaq, uşağı bu alətdən istifadə etməyə öyrətmək olar. Siz bir yerdə nağaranı döyəcləyə, qarmonu dartıb-aça bilərsiniz. Uşaq sonralar da alətə maraq göstərərsə, onu ruhlandırın.

 

Ancaq marağı olmayan uşağı musiqi ilə məşğul olmağa məcbur etmək yolverilməzdir. Düzdür, uşaqlarda hələ kiçik yaşlarından, lap elə doğulandan musiqiyə maraq yaratmaq, onların zövqünü formalaşdırmaq lazımdır. İstedadı olmayan uşaq da musiqini sevə bilər. Bunun üçün siz balanızı tez-tez konsertə aparın (uşaqlar üçün konsertlərə), ya da elə evdəcə musiqiyə qulaq asa, birlikdə oxuya, rəqs edə bilərsiz. Balanız nəyə maraq göstərsə, ona qoşulun, rəqs etmək istəyirsə, birlikdə rəqs edin, nağara çalırsa, birgə çalın. Uşağı ruhlandırın, amma məcbur etməyin. 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan