Yayda oğlunu sünnət etdirmək istəyən valideyinlər çox olur. Oğlanları əməliyyata hazırlamaq üşün "kişi olacaqsan!" deyib, rəngarəng şahzadə paltarları ilə işi asanlaşdırmağa çalışırlar. Sünnət toyu, duası o qədər müzəkirə olunur ki, bəzən ən mühüm məsələ diqqətdən qaçır.
Uşağın həyatına birbaşa təsir edəcək bu əməliyyatı, bəzən məhəllə dəlləyinə, tibbdən nə qədər məlumlatlı olduğunu bilmədiyimiz insanlara etibar edirik. Unuduruq ki, sünnət kişi sağlamlığı baxımından əhəmiyyətli dönüş nöqtələrindəndir.
Hər bir uşağı sünnət etdirməzdən əvvəl həkimlə məslətləşmək vacibdir. Türk mütəxəssislər sünnət üçün bəzi tövsiyyələr verir:
Hansı mövsümdə sünnət etdirməli?
Valideynlər sünnət üçün uşaqların yaşı və sünnət ediləcəyi mövsümə xüsusi əhəmiyyət verir. Yay tətili sağlamlıq və başqa məsələlərə görə sünnət üçün ən uyğun dövrlərdən biridir. Yayda əməliyyat rahat olur, yara daha tez sağalır.
Sünnət hansı yaşda edilməli?
Əlbəttə, bunun üçün konkret məhdudiyyət yoxdur. Amma mütəxəsislər deyir ki, elə doğum evində reallaşdırılan sünnət daha yaxşı nəticə verir. Mütəxəssislər 3-6 yaşda sünnətin təhlükəli olduğunu deyilər. Psixoloqlar, nitq terapevtləri uşağın 2 yaşına qədər sünnət olunmasını tövsiyyə edirlər. Çünki ağlı kəsən uşaq sünnət zamanı qorxa, sünnət ona psixoloji pis təsir edə bilər. Bəzi uşaqlar sünnətdən elə qorxur ki, nitqində qüsurlar (məsələn, kəkələmə) əmələ gəlir.
Sünnət barədə oxuyun