MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  UŞAĞI CƏZALANDIRMAQ OLARMI?  

Yazılar1 yaşdan 3 yaşa qədər

Uşaq döymək əksər Azərbaycan (eləcə də başqa millətlərin) ailələrində adət halını alıb. Bəzi valideynlər uşağın tərbiyəli böyüməsi üçün fiziki gücdən istifadəni vacib bilir. Ancaq uşaqların tərbiyəsi üzrə mütəxəssislər başqa fikirdədirlər; döymək uşağın tərbiyəsinə heç vaxt effektli təsir etmir və etməyib! 

Döyülən uşaq cəzalanacağından qorxub qadağan olunan hərəkəti və ya sözü təkrarlamaya bilər. Ancaq bu hal döyülmək təhlükəsi sovuşana qədər davam edir. 

Bundan başqa döyülən uşaqlar onları vuran adama heç vaxt hörmət etmir, onu səmimi qəlbdən sevmir, yaxşı ilə pisi ayırmaqda çətinlik çəkirlər. 
Uşağı tez-tez vurmağın fəsadı çoxdur. Əvvəla çox qəzəbli adam uşağa fiziki və  mənəvi (bu isə fizikidən daha ağırdır) zərər bura bilər. Çox əsəbiləşmisinizsə, gözləyin, sakitləşəndən sonra uşağa yaxınlaşın və onu başa salmağa çalışın. Sakitləşəndən sonra belə vursanız, uşağınızı daha çox yaralamış olarsınız, çünki bu halda uşaq sizin cəzanızın səbəbini heç anlamayacaq. Nəticədə siz daha qəddar görünəcəksiniz, bu üsulun tərbiyəyə heç xeyri olmayacaq. 

Uşağı döymək onu zorakılığa alışdırır, uşaq mübahisənin həlli yolunu yalnız vuruşmaqda, zorakılıqda görür. Yaşıdlarını döyən uşaqların arasında aparılan sorğu göstərib ki, onların çoxu başqasına əl qaldırmağı valideynindən öyrənib. Odur ki, həmişəki kimi özünüzü nümunəvi aparın. Unutmayın ki, uşaq sizin güzgünüzdür. Uşağa qəzəblənəndə düşünün, pis hərəkəti sizdən və ya evdəki başqa böyükdən öyrənmədiyinə əminsinizmi? Bəlkə siz ona verdiyiniz vədə əməl etməmisiniz? (uşaq sizin vəd etdiyi gəzintini gözləyərkən siz televizora baxırdınız?) Uşağı səhvən cəzalandıranda üzr istəyin. Bununla siz övladınıza səhvini etiraf etməyi öyrətmiş olarsınız. Həm də uşaq sizin ona hörmət qoyduğunuzu hiss edər, axı yaşından asılı olmayaraq, istənilən insan hörmətə layiqdir.

Valideynin uşağı döyməsi düzgün deyilsə, başqalarının onu vurması qətiyyən yolverilməzdir! Ata və ya ana uşağı cəzalandıranda uşaq bir o qədər  əziyyət çəkməyə bilər, çünki valideynin yaxınlığı onu ovundurur. Ancaq valideyn yox, bir başqası uşağa əl qaldıranda o özünü köməksiz hiss edir, bu isə uşağı daha dərin yaralayır. 

Ekspertlərin çoxu təhlükəli vəziyyətdə uşağın vurulması ilə razılaşır. Məsələn, əlini alova atan uşağı çəkindirmək üçün onun yanına və ya əlinə bir şillə vurmaq olar, ancaq danışan, deyilənləri qavrayan uşağa əl qaldırana heç bir mütəxəssis bəraət qazandırmır.  

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan