MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  TELEVİZORA ALUDƏ...  

Yazılar1 yaşdan 3 yaşa qədər

Iş çox olanda uşağın televizora aludə olması ananı vəziyyətdən çıxarır. Uşaq yeməyəndə analar hətta reklam çarxlarını diskə köçürüb, yemək vaxtı uşağı bununla məşğul edirlər. Amma televizorun uşağa nə qədər ziyanlı olduğunu bilsəniz, hər nə olur-olsun balanızı bu qurğudan uzaq tutmağa çalışarsınız.

Britaniyalı alimlərin araşdırması göstərib ki, kiçik yaşlı uşaqların televizora çox baxması onların gözünün zəifləməsinə səbəb olur. Alimlər hesab edir ki, 4-5 yaşına qədər uşaqlar televizora gündə 15 dəqiqədən artıq baxmamalıdırlar. Həftədə bir günün ümumiyyətlə televizorsuz keçirilməsi məsləhət görülür.  

Amerikalı ekspertlərin araşdırmaları göstərib ki, uşaqlar 2 yaşdan 12 yaşa qədər televizor qarşısında həftədə təxminən 25 saat vaxt keçirirlər. Uşaqların tərbiyəsi üzrə mütəxəssis Arlin Eyzenberq və Heydi Murkoff və Sandi Xatauey bacılarının uşaqlara həsr olunmuş kitabında (“Uşaq ömrünün birinci ili” ) deyilir: “Uşağın həftədə 25 saat televizora baxırsa, məktəbə gedəndə ekran qarşısında keçən saatların sayı 15 minə çatır. Bu isə məktəbdə keçən saatların ümumi sayından 4 min saat çoxdur. Uşağın baxdığı proqramlara nəzarət olmasa, o, məktəbə qədər 18 minə qədər qətlin, sonsuz sayda cinayətlərin (oğurluq və zorlamaların, dava-dalaş və partlayışların, erotik səhnələrin) şahidi olar. Saysız-hesabsız reklam çarxları isə uşağı keyfiyyətinə şübhə etdiyiniz məhsulların qurbanına çevirər.” Etiraf edək ki, bəzən istəməsək də, uşağa reklamlarda gördüyü, dəfələrlə tələb etdiyi məhsulları—şokolad və yoqurtları, saqqızları almalı oluruq. 

Uşağın televizora aludəçiliyinin fəsadları çoxdur. Televizora həddən artıq baxan uşaqlarda özünəqapanma olur, onlar başqaları ilə ünsiyyətdən qaçır, çox az danışır, yalnız televizor qarşısında rahat olurlar. Bu isə uşaqda nitqin inkişafını ləngidir. Nitq terapevtləri—loqopedlər deyirlər ki, kəkələyən uşaqların az qala yarısı televizorun qurbanlarıdır. Bəzi valideynlərin dediyinə görə uşaq ekranda dəhşətli kadrlar (qətl, partlayış, zorakılıq) görəndən sonra kəkələməyə başlayıb. 

Televizora çox baxan uşaqlar hərəkətsiz olur, məktəbdə başqalarından geri qalırlar (alimlərin fikrincə buna səbəb, televizorun uşağın həm də əqli inkişafına mane olmasıdır). Bundan başqa televizor uşaqda həyat barədə real həyatdan uzaq təsəvvür yaradır, uşağın özünəməxsus dəyərlər sistemi olmur.

Düzdür, bəzi kanallar uşaqlar üçün xüsusi maarifləndirici verilişlər hazırlayır və belə verilişlər, bəzən cizgi filmləri də dəyərlərin təbliği, böyüklərə və kiçiklərə, başqa xalqlara və dinlərə hörmətin təbliği, təhsilə, elmə marağın artırılması baxımından doğrudan da əhəmiyyətlidir. Ancaq çox balaca—10 ayı tamam olmamış uşaqların belə verilişlərə də baxması məsləhət deyil (mənasız və əhəmiyyətsizdir). 

Uşağın televizora baxmaq vaxtı çatanda (uşaq mahnıya reaksiya verir, sevdiyi film başlayanda atılıb-düşür) proqramları seçin və ekran qarşısında keçən vaxta mütləq nəzarət edin. Televizora uşaqla birlikdə baxmağınız vacibdir (şiniz varsa, televizora yaxın yerdə işləyin). Siz balanızın suallarına cavab verə, ona gördüklərinin əhəmiyyətini izah edə, baş verənləri müzakirə edə bilərsiniz. Uşaq böyüdükcə müzakirələrə ayrılan vaxt artırılmalıdır.

Uşaq üçün xüsusi disklər almaq da uşağın baxdığı proqramlara nəzarətə imkan verir, onu reklamlardan qurtarır.

Uşağın televizora aludəçiliyinin qarşısını almaq üçün evdəki böyüklərin də rejimə  riayət etməsi vacibdir. Televizor bütün günü işləyirsə, uşağı onun qarşısından çəkmək çətin məsələdir. Bu halda həm də uşaq televizor ekranının işıq saçmasına alışır və ekran qaranlıq olanda özünü narahat hiss edir. 

Yemək vaxtı televizorun söndürülməsi xüsusilə vacibdir, bu, ailəvi ünsiyyətə  imkan verir.


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan