MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  YATMAĞA GEDİRİK  

Yazılar1 yaşdan 3 yaşa qədər

“Yatmağa gedirik!” Bu ifadəni uşaqların heç də hamısı sevmir, bəziləri üstəlik qıcıqlanır, bu sözdən sonra yataq otağından uzaq durmağa çalışırlar. Necə edək ki, günü xoş əhvalla başa vuraq?

Hər şeydən əvvəl rejimə riayət etmək lazımdır. Uşaqlar rejimi sevirlər. Siz də sevin və zərurət olmasa, balanızın yuxu rejimini pozmayın.

Yataqdan əvvəl nə edirsiniz-edin, yerinə yetirdiyiniz bütün rituallar rahatlığa səbəb olmalıdır. Məsələn, yatmazdan əvvəl çimmək bəzi böyüklər kimi uşaqların da xoşuna gəlir. Odur ki, bəzi valideynlər axşamtərəfi uşağı çimdirir. (Əlbəttə hər şey sizin övladınızın sağlamlığından, həm də şəraitinizdən asılıdır. Elə uşaqlar var ki, xəstə olmasa da, dərisi quru olduğu üçün az-az çimdirilir.)

Pijama uşaqların çoxunun sevdiyi geyimdir. Bu paltarı geyinmək o deməkdir ki, gecədir, “Günəş başqa ölkələri işıqlandırmağa gedib, Ay gəlib, yatmaq vaxtıdır”. Pijama rahat, yumşaq parçadan olmalı, tikiş yerləri uşağı incitməməlidir. Paltarın üstündə yatan pişik, yaxud dovşan şəkli olsa, daha yaxşıdır. Balanıza indi hamının, məsələn, elə  “pijamasının üstündəki pişiklərin də yatdığını” deyə, bununla da onu yatmağa həvəsləndirə bilərsiniz.
Ancaq səhər oyanan kimi pijamanı uşağın əynindən çıxarmaq lazımdır. Qoy o bu paltarın yatmağa, gecəyə aid bir şey olduğunu bilsin.

Yatmazdan əvvəl dişləri yumaq vacibdir. Siz uşağınızı gigiyena qaydalarına riayət etməyə indidən öyrətməlisiniz. Digər tərəfdən bu ritual da yatmaq vaxtının gəlişindən xəbər verir.
Diş pastasını seçəndə diqqətli olun. Yalnız uşaqlar üçün nəzərdə tutulmuş pastalardan istifadə edin. Amma unutmayın ki, yaxşı yumasanız, diş pastasının xeyri yox, ziyanı olar. Siz dişləri bakteriyalardan təmizləməsəniz, pastanın tərkibindəki şəkər gecə uşağın dişlərini xarab edər. 

Yemək vaxtı olmasa da, yatmazdan əvvəl yüngül şam etmək olar (əlbəttə, uşağı gec deyil, vaxtında yedirtmisinizsə!) Axı balanızın səhər yeməyinə çox qalır, gecə acar, narahat ola bilər. Ancaq yatandan əvvəl şam edəndə diqqətli olun, ağır qida da gecə narahatlığa səbəb olur. Yüngül şeylər (məsələn, yoqurt və bir qədər banan, yaxud pendir, peçenye və portağal şirəsi və ya bir stəkan süd—bir sözlə zülal və karbohidratların birləşməsi) isə gecə nəinki aclığın qarşısını alır, həm də yatmağa kömək edir. 

Onlarda kitaba maraq yaradaqOxumaq indidən vərdiş halını alsa, yaxşı olar. Axşamtərəfi, yataqdan bir qədər əvvəl balanızı da yanınızda oturdub nağıl oxumağa başlayın (həmişə eyni vaxtda, eyni yerdə). Nağılları seçəndə diqqətli olun, axşamtərəfi uşağa qorxulu, məsələn, divin, əjdahaların iştirak etdiyi hekayəni, uşağınız çox kövrəkdirsə, canavarın yemək istədiyi Qırmızıpapağın, sonda tək qalan Tıq-tıq xanımın nağılını danışmayın.
Uşaq bir az böyüyəndən sonra ona başqa şeylər, məsələn, qışda isti ölkələrdə yaşayan quşların, Ayın, Günəşin haqqında yazılanları oxumaq olar. Uşağınızın rəqəmlərdən başı çıxırsa, ona məhdudiyyət qoyun, cəmi 15 dəqiqə kitab oxuyacağınızı, sabah davam edəcəyinizi bildirin ki, oxunu dayandıranda ağlamasın.

Uşaqları qucaqlayıb musiqi dinləmək sizə də, uşaqlara da xoş gələr. Axşamlar həzin melodiyalara qulaq asmaq daha yaxşıdır. (Bu ritualların hamısını yerinə yetirməyə ehtiyac yoxdur. Siz balanızın istəyindən asılı olaraq, ya kitab oxumağa, ya musiqi dinləməyə, yaxud bir gün oxumağa, o biri gün musiqiyə üstünlük verə bilərsiniz.)

Yatandan əvvəl hamıya “Gecəniz xeyrə qalsın!”, demək lazımdır. Əvvəla uşaq etiket qaydalarına riayət etməyi öyrənir, digər tərəfdən yataqdan əvvəl sağollaşmaq uşaqların gecə hamıdan və hər şeydən daha asan ayrılmasına kömək edir. Pijamanı geyinəndən əvvəl və ya sonra evi gəzin, evdəkilərin hamısı ilə--ata, bacı, qardaş, nənə-baba varsa, nənə-baba ilə, balanızın xoşuna gəlsə, hətta əşyalarla, məsələn, oyuncaqlarla, sevimli ayaqqabılarla sağollaşın.
Uşağı yatağa qoyanda özünüz də onu öpüb, sağollaşmağı unutmayın! (“Səhər görüşərik,” və ya “Səhər durub görəcəksən ki, atan gəlib,” yaxud, “Gecən xeyrə qalsın, səhər oyananda görəcəksən ki, Günəş çıxıb”)

Uşağın sevdiyi əşyalar varsa, yatanda onları da özü ilə götürə bilər. Bunu ona siz də təklif edə bilərsiniz. Uşağı yatmağa həvəsləndirmək üçün gecə onunla yatacaq yumşaq bir gəlincik, oyuncaq və ya ədyal seçin. Qoyun yatmağa gedəndə  “sevimli dostunu” özü ilə götürsün. Ancaq bu əşyaları çarpayının içinə deyil, yanına qoymağa çalışın.

Uşağı yataqda tək qoymaq lazımdır. Siz onun yuxuya getməsini gözləməyin, uşaq tək yatmağa mümkün qədər tez vərdiş etməlidir.

Uşaq yuxarıda sadalanan rituallar zamanı yuxulaya bilər. Bu halda onu astaca yerinə aparın. Uşaq yuxulayan zaman narahat olanda yuxusu qaçır, bəzən əsəbiləşir və onu yatağa uzatmaq çətin olur. Uşağın bir gün deyil, hər axşam musiqi dinləyərkən, yaxud kitab oxuyarkən yuxuladığını görsəniz, ertəsi günki “əməliyyata” daha erkən başlayın.   


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan