MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Adlar

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  Balamın ilk hamamlığı  

Balamın ilk...

Doğum evində balanızı yəqin ki, çimdirəcəklər. Amma evə gələndən sonar bu işi siz görəcəksiniz. İlk dəfə baş verən bütün şeylər kimi çimmək də xüsusi mərasimdir. Odur ki, kameranı hazır qoyun. Amma çimdirməyə başlamamışdan əvvəl hazırlanmalı olan tək kamera deyil. Siz uşağı çimdirərkən lazım olacaq hər şeyi əl altında qoymalısınız. 

Əvvəl vanna otağını hazırlayaq. Hamamı uşağı çimdirməyə başlamamışdan əvvəl qızdırmalısınız. Otağın temperaturu 22-24 dərəcə olmalıdır. Su ilıq olsa yaxşıdır (suyu yoxlamaq üçün biləyinizin üstündən axıdın). Vannanı çox doldurmayın, suyun dərinliyi bir qarış olsa, kifayətdir. Balanızı geyindirəcəyiniz yeri müəyyən edin. Onu elə hamamdaca geyindirməlisiniz. Bunun üçün stuldan, ya kiçik stoldan istifadə etmək olar. Stolun üstünə qalın, yumşaq örtük, üstündən təmiz, ütülənmiş dəsmal salın. Yanına dağ olmuş günəbaxan yağı, ya uşaq kremi qoyun, bu, çimdirəndən sonra uşağı yağlamaq üçündür. Uşaq sabunu, sabunu uşağın bədəninə çəkmək üçün istifadə edəcəyiniz yumşaq tənzif, ya pambıq, ütülənmiş təmiz paltarlar, uşaq bezi, balanızı qurulayacağınız yumşaq dəsmal, körpələr üçün nəzərdə tutulmuş daraq da hazır olmalıdır. Balanızı ilk dəfə çimdirdiyiniz üçün həm də həyacanlı ola bilərsiniz, odur ki, hər şeyin yerində olduğuna əmin olandan sonra “çimməyə başlayın”.

Uşaq vannasının (uşağı başqa şeylər üçün istifadə olunan vannada çimdirmək olmaz) içinə körpəni saxlayacaq xüsusi vasitələr qoymaq olar. Uşaq dükanlarında satılan belə vasitələr körpəni rahat çimdirməyə imkan verir. İstənilən halda uşağı tək çimdirmək təhlükəlidir. Mərasimdə anayla yanaşı atanın da iştirakı gənc ailəni bir az da xoşbəxt edər. Bu mərasim sizi yeni doğulmuş balanızla daha da yaxınlaşdırar, bağlayar. Siz onunla danışırsınız, mahnı oxuyursunuz—bu səslər onun üçün doğmadır, valideynlərin toxunuşu balanıza ləzzət edir.                                                  
Uşağın əvvəl bədənini, axırda başını yumaq məsləhətdir. Onu  çimdirərkən başını dik tutmağa çalışın. Sonda-ilıq su axıdanda biriniz uşağı ya ağzı üstə, ya da arxası üstə tutun, suyu başından elə tökün ki, gözünə, qulağına, ağzına düşməsin. Çimmək mərasimi 10 dəqiqədən çox çəkməməlidir.

Çiməndən sonra uşağı ehtiyatla qurulayın. Dəsmal nə qədər yumşaq olsa da, onu uşağın bədəninə sürtməyin, toxundurun. 
Qurulayandan sonra balacanın dərisini yağlamaq lazımdır (amma bu, ilk günlərdə vacibdir, uşağın dərisi normaldırsa, həkim məsləhət görməyibsə, sonrakı günlərdə onu yağlamasanız da olar). Qaynadılmış günəbaxan yağını apteklərdə satırlar. Uşağı yağlamaq üçün uşaq kremindən də istifadə etmək olar, ancaq bəzən kremlər allergiyaya səbəb olur. Yağı, ya kremi ehtiyatla balanızın dərisinə, bütün büküşlərə çəkin. Sonra ehtiyatla geyindirib, çıxarın. Onun dırnaqlarını tutmaq üçün xırda, spirtlə silinmiş qayçıdan istifadə edin.    

Vacib qeyd: 
Heç vaxt uşağı vannada tək qoymayın! Telefon çağırırsa, cavab verməsəniz yaxşıdır. Çox vacibdirsə, ya sobanı yanılı qoymusunuzsa, uşağı da büküb, özünüzlə götürün! 
Vananın suyunu, uşağı çarpayısına qoyandan sonra boşaldın. Tıxacı çıxarandan sonar su sürətlə çəkilməyə başlayır, guruldayır. Bu, balanızı qorxuda bilər. 
Uşağı çimdirəndən əvvəlki və sonrakı yarım saat ərzində yedirtmək olmaz.

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Hamilə qadınların küçədə görünməyinə necə baxırsınız?
Hər yerdə yox
Pis
Normal