MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

   

Yazılar1 yaşdan 3 yaşa qədərBalamın yeməkləri

Yeməkdən sonra uşağa nə vermək olar? Siz bu sualın cavabını bilirsiniz? Cavabın düzgün olduğuna əminsinizmi?

Bəzi analar uşağa yeməkdən sonra çay, kakao, süd verir. Olmaz! Çay, kakao və süd orqanizmin dəmir və sinki (dəmir və sink ət yeməkləri vasitəsilə qəbul edilir) mənimsəməsinə mane olur. Odur ki, yeməkdən sonra balanıza kompot və ya meyvə şirəsi verin.

Kompotu bütün mövsümlərdə hazırlamaq mümkündür. Qışda, meyvə olmayanda quru meyvələri qaynada bilərsiniz. Quru meyvələrdən hazırlanmış kompotun tərkibində mineral duzlar daha çox olur. Kompotu hazırlamaqdan asan şey yoxdur. Meyvələri yuyun, iridirsə doğrayın, üzərinə su və şəkər tozu əlavə edib qaynadın. Kompota mümkün qədər az şəkər tozu tökün ki, balanızada şəkərə aludəçilik yaranmasın. Uşağa kompotun yalnız suyunu verin, meyvələr uşağın boğazında qala bilər. Bunun qarşısını almaq üçün kompotu sücgəcdən keçirsəniz yaxşıdır.
Bir az böyüyəndən sonra uşağa yeməkdən sonra kisel də vermək olar. Kiselin tərkibindəki kraxmalı həzm etmək balacalar üçün çətindir. Ona görə də 2 yaşına qədər uşağa kisel məsləhət görülmür.


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan