MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

   

Yazılar1 yaşdan 3 yaşa qədərBalamın yeməkləri

Yoqurt həm balacalar həm də böyüklər üçün xeyirlidir. O, həzm sisteminin işini asanlaşdırır, üstəlik meyvə ilə qarışdırılmış süd məhsulu kimi vitaminlərlə zəngindir (meyvəsiz yoqurtlar da var). Ancaq satışda olan ən etibarlı yoqurtlar belə bəzən əsaslı şübhələrimizə səbəb olur. Ən çox reklam olunan, əminliklə təriflənən yoqurtlar barədə bizi təşvişə salan məqalələr oxuyuruq. Ən yaxşısı uşaqlara özümüzün hazırladığımız yoqurtları verməkdir.

Yoqurt hazırlamaq çətin iş deyil. Bunun üçün bir neçə qaşıq süzmə qatığı azacıq su ilə qatırıq (adi qatıq da olar, bu halda suya ehtiyac yoxdur). Bir çay qaşığı şəkər tozu, bir az da meyvə lazımdır. Mövsümdən, uşağın səhhətindən və zövqündən asılı olaraq, bir və ya bir neçə meyvədən istifadə etmək olar. Meyvəni sürtgəcdən keçirib, qatığa əlavə edin. Rəngli olmağını istəyirsinizsə, yoqurta nar sıxın və ya qırmızı meyvə mürəbbəsinin suyundan bir çay qaşığı əlavə edin. Yoqurt hazırdır. Yoqurta çörək və ya suxarı da əzmək olar.

Uşaq böyüyəndən sonra yoqurtun meyvəsini sadəcə əzə və ya doğraya bilərsiniz.


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan