MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  5 AYLIQ BALANIN QİDALANDIRILMASI  

Yazılar1 yaşa qədərBir yaşa qədər yeməklər

   Normalda 5 aylıq uşağın qidalandırılma rejimi təxminən belədir:

6.00-7.00—ana südü

10.00-10.30—tərəvəz püresi (150q), sıyıq və ya kəsmik (30q), yumurta sarısının 1/4- i (yarım aydan sonra 1/3-i, 1 aydan sonra 1/2-i)

14.00—ana südü

17.00-18.00—kisel və ya sıyıq (150q), meyvə şirəsi (30q), ana südü

21.00-22.00—ana südü

Beləliklə 5-5,5 aylıq körpə gündə 2 dəfə əlavə yeməklə (düyü və ya manna sıyığı, tərəvəz püresi), 3 dəfə ana südü ilə qidalanır.
5 aylıq uşaq daha fəaldır, öz-özünə oynaya, çevrilə, əllərini dayaq verib başını və sinəsini qaldıra bilir. Bu isə heç də az iş deyil və sizin balanızdan xeyli enerji istəyir. Odur ki, ona bacardığınız qədər keyfiyyətli yemək hazırlayın.
Uşağınız lazım olduğu kimi, yəni ana südü ilə qidalanırsa, ona əlavə yemək verməyin vaxtıdır. (Hərçənd avropalılar uşağa 6 ayına qədər ana südündən başqa heç nə vermirlər.) Siz həkimlə məsləhətləşib, balanıza meyvə və tərəvəz püresi, eləcə də şirəsi, müxtəlif ərzaq məhsullarından hazırlanmış sıyıqlar verməyə başlaya bilərsiniz.
5 aylıq uşağın çəkisi orta hesabla 6,5-7 kq olur. Bu çəkidə uşaqlar bir gün ərzində 900 ml-ə qədər qida həzm edirlər. Bunun  700-750 ml-i ana südü, 30 ml-i şirə, 30 q-ı tərəvəz püresi, 30 q-ı müyvə püresi olur. Yağın gündəlik həcmi 3 q-dır.
İstifadə etdiyiniz ərzağın tərkibini bilmək və balanızı düzgün qidalandırmaq istəyirsinizsə, aşağıdakı cədvəldən istifadə edə bilərsiniz.

 

Ərzaq 

(100 q)

 

 

Zülal qram

 

 

Yağ qram

 

 Karbohidrat  qram 

 Enerji dəyəri kilokalori

ana südü

1,1

3,3

6,5

65

qarabaşaq sıyığı (10 %-lik)

3,4

4,9

16,5

124

pendir (10%-lik)

12

8,5

3,3

141

     qaymaq (10 %-lik)

3,4

10

4

123

     kartof püresi

1,9

2,9

16,9

106

     kərə yağı

0,4

78,5

0,5

734

    yumurta sarısı

14,6

29,3

0,5

332

mal əti

19,7

1,2

-

90

alma

0,3

-

11,5

48

 

Uşağın hansı ərzaq məhsulları ilə qidalandırılması onun çəkisindən, səhhətindən asılıdır. Odur ki, əlavə yeməyə keçməzdən əvvəl həkimlə məsləhətləşin.
Ana südü ilə deyil, süni qida ilə qidalandırılan, inkişafdan qalan uşaqların da yemək cədvəlini həkim müəyyən edir.
Həkim etiraz etmirsə, uşağınıza verdiyiniz meyvə püresinə qaymaq və ya pendir əlavə edə bilərsiniz. Belə püre adi meyvə, ya adi tərəvəz püresindən xeyirlidir.
Sıyığı da normal uşağa 5-6 aylığında vermək olar. Müxtəlif ərzaq məhsullarından hazırlanmış (manna, qarabaşaq (“qreçka”), düyü və s.) sıyıqlar balanız üçün həm xeyirlidir, həm də onu gələcəkdə tanış olacağı müxtəlif məhsullara hazırlayır. İlk sıyığa reaksiya normal olanda, 10-12 gün gözləyib ikinci sıyıq növünə keçin. Əvvəlcə az-az, sonra bir porsiya (150 q) sıyıq verə bilərsiniz. Sıyığı meyvə püresi ilə vermək və ya sıyıqdan sonra uşağa meyvə şirəsi içirtmək olar. Yalnız həkim məsləhəti olarsa, sıyığa yağ əlavə edə bilərsiniz.
Ev şəraitində hazırlanan sıyıqlar adətən eyni olur. İndi uşaqlar üçün müxtəlif, təbii maddələrlə zəngin sıyıqlar hazırlanır. Etibar etdiyiniz şirkətlərin hazırladığı sıyıqlardan istifadə edə bilərsiniz.
Bəzi analar uşağın hansısa sıyığa və ya püreyə meyl etdiyini, onu yaxşı yediyini görür, yeni qidaya ehtiyac olmadığını düşünürlər. Belə olmaz! Siz indi uşağınızın zövqünü formalaşdırırsınız. Müxtəlif yeməklər təkcə dadbilməni inkişaf etdirmir, həm də uşağın müxtəlif maddələrə tələbatını ödəyir.
5 aylıq uşaq süfrədəki yeməklərə, böyüklərin yeyib-içdiklərinə, qab-qacaqlarına maraq göstərməyə başlayır və çox istəyir ki, sizin yediklərinizin dadına baxsın. Amma siz özünüzü saxlamalı, yediyiniz dadlı-ədvalalarla, duz, istiotla zəngin yeməklərini körpənizə verməməlisiniz.
5-6 aylıq uşaqlar ana südünü əvvəlki kimi sakit halda yemirlər, hər səsə, hər hərəkətə çönür, ətrafda baş verənlərə reaksiya verirlər. Bunu normal qarşılayın, səbrli olun. Belə yeməyin uşağınıza zərəri yoxdur.   

****** 

6-7 aylıq uşağa qaynadılmış yumurtanın sarısını bütöv halda vermək olar. Yumurta sarısı ana südü ilə əzilir, həftədə 2-3 dəfə yedirdilə bilər.
7-8 aylıq uşağa gündə bir dəfə, süddən əvvəl 5-10 q kəsmik versəniz yaxşı olar. Uşağın yaşı tamam olana yaxın kəsmiyin miqdarı 50 1-a çatdırılır. Kəsmiyi uşağa tez vermək məsləhət deyil. Uşaq ana südü vasitəsilə kifayət qədər xülal alır.
Ət püresini uşağa 7 aylığında verirlər. 8-9 aylıq körpəyə ət sulu yeməkdə, xırda küftələr kimi, 10-12 aylığında isə buğda bişirilmiş kotlet halında verilir.


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan