MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  8-9 AYLIQ BALANIN QİDALANDIRILMASI  

Yazılar1 yaşa qədərBir yaşa qədər yeməklər


8 aylıq balanın təxmini rejimi

6.00-7.00      -ana südü

10.00-10.30  -180-200 q kisel, 50 q meyve şirəsi

14.00           -50 q tərəvəz şorbası; 150 q tərəvəz püresi, 20-30 q ət və ya ciyər püresi; 50 q meyvə şirəsi.

17.00-18.00  -150 q südlü sıyıq (düyü, qarabaşaq və ya yulaf-“qerkules” sıyığı), 30 q kəsmik, 30 q meyvə püresi.

21.00-22.00  -ana südü.

Ona suxarı verəndə diqqətli olun!8 aylıq balanın yemək rejimi əsasən onunla fərqlənir ki, o, daha az ana südü yeməyə, naharda tam olaraq, əlavə yeməklə qidalanmağa başlayır.
İndi balanızın dişləri çıxmaqdadır, bu o deməkdir ki, ona nisbətən bərk yemək vermək olar və lazımdır. Bəs uşağa əlavə nə vermək olar?
Mütəxəssislər süd məhsullarını məsləhət görürlər. Süd məhsulları tez və asan həzm olunur, həzm prosesini yüngülləşdirir.  
8 aylıq uşağın dişi çıxıbsa, əlinə suxarı vermək olar (uşaq oturaq halda olanda!). Ancaq əlinə suxarı verilmiş uşaq nəzarət altında olmalıdır, çörəyin qırığı onun boğazında qala bilər. Uşağınıza bu yaşda evdə hazırlanmış şeylər—özünüzün hazırladığınız suxarı və ya peçenye vermək məsləhətdir.

***

9 aylıq balanın təxmini rejimi

6.00            -ana südü.

10.00          -170 q südlü sıyıq (qarabaşaq, düyü və ya yulaf sıyığı—gündə birini vermək olar), yumurta sarısının yarısı, 50 ml meyvə şirəsi.

14.00          -20 ml ət bulyonu, suxarı, 170 q tərəvəz püresi, 50 q ət püresi, 20 ml meyvə şirəsi.

18.00         -100 ml qatıq, 50 q kəsmik, 70 q meyvə püresi.

22.00         -ana südü

Bu menyu ana südü ilə deyil, süni südlə qidalanan uşaq üçün də yarıyır. Səhər və axşamlar uşağa ana südünün əvəzinə süni qida verilir.
Ancaq heç bir süni qida ana südünü əvəz edə bilməz. Ana südü balanızı xəstəliklərdən qoruyur, onun orqanizmində bəzi xəstəliklərə qarşı müqavimət yaradır. Ana südünün unikal tərkibi balanızın həzm sisteminə kömək edir. Uşağınızın 10 ayı tamam olana qədər ona gündə 2 dəfə ana südü verməyə çalışın.
Təsəvvürünüzü genişləndirib, ona daha çox şey verə bilərsinizBununla belə ana südü 8-9 aylıq uşağın gündəlik qidasının 1/3-dən çox olmamalıdır. Nəzərə alın ki, indi siz ona cürbəcür şeylər-ciyər, ət püresi, ət bulyonu, kəsmik, qatıq, müxtəlif sıyıqlar, meyvə, tərəvəz püreləri verə bilərsiniz. Siz bir qədər düşünməklə bu menyunu zənginləşdirə bilərsiniz. Məsələn, uşağa mövsümdən və balanızın səhhətindən asılı olaraq, bütün tərəvəz növlərindən püre hazırlaya bilərsiniz. Tərəvəz püresinə göyərti (cəfəri, şüyüd) əlavə etməyi unutmayın. Ancaq uşağın yeməyinə ədviyyat vurmaq olmaz! Bir az böyüyəndən sonra şorbaya soğan da əlavə etmək olar.
Analar adətən qarabaşaq, düyü, manna, bir də yulaf sıyığı hazırlayırlar. Ancaq bilin ki, başqa şeylərdən, məsələn, arpa yarmasından da dadlı sıyıq hazırlamaq mümkündür.
Sıyığı su qatılmamış, yağsız süddə bişirmək məsləhətdir. Süddən istifadə edərkən əvvəlcə qaynadın.
Uşağa mal südü içirtmək istəsəniz, onu fincana (əlbəttə, ilk günlər çox az miqdarda) töküb, verin. Südü uşağa az-az verin ki, üstünə dağıtmasın.
10 aylığında balanıza balıq əti verə bilərsiniz. Ancaq uşağa yalnız yağsız balıqların ətindən hazırlanmış yemək vermək olar. (Balığı bişirəndə diqqətli olun, sümüklərini diqqətlə təmizləyin.) Balıq ətindən uşağa buğda bişirilmiş kotlet, ya da sadəcə püre hazırlamaq olar. 
 
Uşağı yeni yeməyə necə alışdırmalı?
Uşaqlar yeni qidanı sevmədikləri üçün deyil, yad olduğu üçün yemək istəmirlər. Deməli, onları yeni qidaya alışdırmaq lazımdır. 
Balanız yeni yeməyi yemədisə, onu əvvəlki yeməyə qatıb verə bilərsiniz. Bu halda uşağa sevdiyi yeməyi hazırlayın və azacıq yeni yeməkdən əlavə edin. Sonrakı günlər yeni yeməyin miqdarını artırmaq olar və bir neçə gündən sonra siz balanıza yeni qida növünü tam şəkildə təklif edə bilərsiniz.   

***

Süd və süd məhsulları uşağa 8 ayından başlayaraq, verilir. Allergiya və başqa xoşagəlməz reaksiyalarla qarşılaşmamaq üçün süd məhsullarından da az-az istifadə etməyə başlayın.
Balıq əti uşaqlara 10 aylığından verilir. Həftədə 1-2 dəfə balanıza balıqdan hazırlanmış yemək verə bilərsiniz. Bu ayda uşağa suxarı, çörək, peçenye də vermək olar.
Pendir uşaqlara 10-12 aylığında verilir. Pendiri balanıza sürtgəcdən keçirib, verin.
Bitki yağları Azərbaycanda uşaqlara, adətən verilmir. Amma, məsələn, Rusiyada uşaqlara ilk əlavə qidanı bitki yağıyla qarışdırılmış halda verirlər. Kərə yağını isə yalnız 6 aydan sonra verməyə başlayırlar. Seçim edərkən həkimlə məsləhətləşin.


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan