MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  BALAMIN MAYE REJİMİ  

Yazılar1 yaşa qədərBir yaşa qədər yeməklər

Su orqanizmin ən vacib tərkib hissəsidir. Bütün maddələr mübadiləsi suyun iştirakıyla baş tutur. Insan böyüdükcə bədəndə suyun miqdarı dəyişir. Adam nə qədər balacadırsa, suyun nisbəti bir o qədər çox olur. Yeni doğulan uşaqda su orqanizmin 80%-ni, bir yaşlı körpədə 66%, böyük adamda 60%-ni təşkil edir.
Yeni doğulan uşaqlarda sistem tam formalaşmadığından maddələr mübadiləsi xüsusilə aktiv olur. Suyun həddən artıq itməsi üçün asanlıqla şərait yaranır. Odur ki, uşağı çox isti geyindirmək, bələmək, zəngin yeməklər yedirtmək olmaz. Xəstəliklərdən, xüsusilə temperaturu artıran, qusmaya, qarın ağrısına səbəb olan xəstəliklərdən qorumaq vacibdir.
Ana südü uşaqda suyun lazımi miqdarda olmasına imkan verir. Odur ki, ilk aylarda uşağa su verməsəniz də olar. Ana südünün 88%-i, bəzi ekspertlərin dediyinə görə 90%-i mayedir. Amma süni qidalar ana südünə bərabər deyil. Balanızı süni şəkildə qidalandırırsınızsa, ona su da verin.
Uşaqlar yeməyə keçəndə onlara mütləq su, rəngi açıq çay (çaya limon suyu əlavə etmək olar), meyvə-tərəvəz həlimi vermək lazımdır. Uşaqların mayeyə tələbatı müxtəlifdir, onlar gündə 50ml-dən 200ml-ə qədər maye qəbul edə bilərlər. Yayda isə norma bir az artır. Mayeni uşağa yeməkarası, ya yeməkdən sonra, ya da gecə--uşaq oyananda vermək olar.
4 aylıq uşağa itburnu və ya alma dəmləməsi də vermək olar. Belə dəmləməni uşağa əvvəl bir neçə damcı, sonralar yavaş-yavaş artırmaqla gündə 5 çay qaşığı vermək olar. (Amma dəmləməni uşağa davamlı olaraq, uzun müddət vermək olmaz.) Uşağa müxtəlif otlardan hazırlanmış çayları verməzdən əvvəl mütləq həkimə müraciət edin. Otlar güclü təsirə malik olduğundan təhlükəlidir.

Su
Uşağa yeməkdən əvvəl su verməyin, bu, onun iştahasını pozar.
Su qaynadılmalı, temperaturu otaq temperaturuna uyğun olmalıdır.
Suya şəkər qatmayın! Şəkər karbohidrogen mübadiləsini pozar, piylənməyə və s. səbəb olar. Şəkər qatmamaqla siz balanızı kariesdən, həm də şəkərə aludəçilikdən qoruyarsınız. 
Suya bir az limon sıxa bilərsiniz.
Uşaqda yanğı hiss edirsinizsə, su yerinə meyvə şirəsi verməyin.

Meyvə şirəsi verəndə almadan bşlayın. Almanı həzm etmək asandır.
Meyvə şirəsini əvvəlcə damcı-damcı, həm də qaynadılmış su qatmaqla verin. Allergik reaksiya olmasa, 3-5 gündən sonra şirəyə su qatmadan vermək olar. Şirəni birinci gün 1 neçə damcı, ikinci gün yarım çay qaşığı vermək lazımdır. Bir ay ərzində şirənin miqdarını gündə 4-6 çay qaşığına çatdırmaq olar.
Meyvə şirəsinə də şəkər qatmaq olmaz. 
Meyvə şirəsini uşağa su yerinə vermək olmaz. Şirə yeməkdən sonra verilməlidir. 
Hər yeni şirəni uşaq əvvəlkinə öyrəşəndən sonra vermək lazımdır. Hər yeni şirə əvvəlki kimi əvvəlcə damcılarla verilməlidir.
Meyvə və tərəvəz şirələrini qatmayın. Bəzi şirələr C vitaminini məhv edir.
Uşaq üçün şirəni özünüz çəksəniz yaxşıdır. Çünki şirələr hazırlıq prosesi zamanı çirklənməyə məruz qala bilər. Oinların hazırlanmasına tam nəzarət etmək mümkün deyil. Yalnız yüksək keyfiyyətli və yalnız uşaqlar üçün hazırlanmış şirələr almaq olar.
Şirə verəndə uşağın səhhətini nəzərə almaq lazımdır. Bəzi meyvələrin, məsələn, albalı, nar,  qaragilə, qara qarağatın şirəsi qəbzliyə səbəb ol bilər. Belə şirələr nəcisi “duru” olan uşaqlara xeyirlidir. Nəcizi çox bərk olan uşağa gavalı, kələm, çuğundur şirəsi vermək məsləhətdir. 
6 aylığa çatmamış uşağa üzüm şirəsi vermək olmaz. Üzümün tərkibində həddən çox fruktoza və qlükoza var, uşağa ziyan edər.
Uşaq üçün ən xeyirli şirələrdən biri də yerkökü şirəsidir. Amma yürkökü şirəsini də çox vermək olmaz, allergiya verər. Kök şirəsini balanıza bir gündən bir versəniz yaxşıdır. 
Unutmayın ki, hər şey uşağın orqanizmindən asılıdır və hər bir uşaq özünəməxsusdur. 


 

 

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan