MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  Ata doğuşda niyə iştirak etməlidir? Niyə yox?  

YazılarHamiləlikDoğuşa hazırlıq

Keçmişdə qadının sancıları gələn kimi kişiləri evdən qovurdular. Bəzi doğum evlərində indi də kişilər pəncərənin altında qalır. Amma artıq kişiləri də doğuşa buraxırlar. Odur ki, atalar seçim edə bilərlər. “Bir yerdə doğmağın” üstünlükləri çoxdur. Əvvəla kişi əsl həyat yoldaşı kimi xanımına dayaq durmuş olur, çətin anda onunla bir yerdə olur. İkincisi, kişi də övladının ilk anlarını görmək xoşbəxtliyini yaşayır. 

Amma hər şey tərəflərdən asılıdır. Siz yoldaşınızdan çəkinirsinizsə, onun bəzi prosesləri görməyini istəmirsinizsə, ata bayırda, ya da heç olmasa, qapının arxasında gözləyə bilər. 

Yoldaşınız çox emosionaldırsa, doğuşda iştirakı ona pis təsir edər. Ancaq onunla əvvəldən danışın, axı bala kimi şirin payın dünyaya gəlməsində iştirak etməkdən gözəl nə ola bilər? Bunun nəyi pisdir? Doğulan gözəl bir körpədirsə, doğuş necə qorxulu ola bilər? 

Doğuşda birgə iştirak etməklə siz balanızın dünyaya gəlməyində birgə iştirak etmiş olursunuz. Doğulan kimi valideynin qucağına qoyulan uşaq ilk dəfə məhz atanın enerjisini hiss edir. Düzdür körpəni ananın da qucağına qoymaq olar, amma ananın çağanı saxlamağa halı qalmır. 

Yadda saxlayın ki, kişinin doğuşda iştirakı hər şeydən əvvəl onun yoldaşına-qadına köməkdir. Kişi ona həm fiziki, həm də mənəvi yardım edir. Məsələn, siz əvvəldən oxuyub-öyrəndiyiniz bəzi qaydaları unuda bilərsiniz, yoldaşınız yadınıza salar. O sizə daha yaxın olduğu üçün nə etmək lazım olduğunu hamıdan yaxşı bilir. Kişinin doğuşda iştirakı həm də tibbi personala köməkdir. (Əlbəttə, hər şey kişinin xasiyyətindən asılıdır. Nəzərə alın ki, yoldaşınız çox əsəbidirsə, həkimlərə mane ola, işi çətinləşdirə bilər.) Elə ölkələr var ki, konstitusiyaya görə həkim doğuş zamanı bəzi əməliyyatları aparmaq üçün atanın icazəsini almalıdır.

Bununla belə yoldaşınızı məcbur etməyin. Ya da əvvəldən danışın, o özünü pis hiss edərsə, palatanı tərk edər, “siz də onu başa düşərsiniz”. 

Yoldaşınız doğuşda ümumiyyətlə iştirak etmək istəmirsə, məyus olmayın. Bilin ki, tək olanda adam bütün məsuliyyəti öz üzərinə götürür və bir az da güclü olur.  

Kişilərin doğuşda iştirakıyla bağlı maraqlı faktlar çoxdur. Bəzi kişilər doğuşdan sonra xanımlarına yaxın dura bilmir, elə bil onları incitməkdən çəkinirlər. Amma bu adətən, tez keçib, gedir. Bəzilərinə doğuşda iştirak təsir etmir. Amma “ birgə doğuşun” təsiri çox vaxt yaxşı olur. Kişiylə qadın arasında bağlılıq artır. Hər şey hazırlıqdan asılıdır. Valideynlər üçün təşkil olunan kurslarda gələcək atalara da dərs keçirlər. Onlar sancılar başlayanda qadının belini necə massaj etməyi, ümumiyyətlə nə etməli olduqlarını öyrənirlər.  

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan