MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  QEYSƏRİYYƏ ƏMƏLİYYATI  

YazılarHamiləlikDoğuşa hazırlıq

  Deyilənə görə yaxşı həkim ilk gündən, hətta qadının ayaqqabısının ölçüsünə əsasən onun təbii yolla doğacağını, yaxud əməliyyata ehtiyac olacağını müəyyən edə bilər.
  Qadınların çoxu təbii yolla doğmağa üstünlük verir, çünki bu, qadın üçün xeyirlidir. Ancaq qeysəriyyə əməliyyatına ehtiyac yarana bilər və məhz bu əməliyyatın köməyi ilə bəzi təhlükələrin qarşısını almaq mümkün olur. 
  Qeysəriyyə əməliyyatı dölü, ananın qarın nahiyəsi və uşaqlığını yarmaqla çıxarılması üçün aparılır. Bu əməliyyata hansı hallarda ehtiyac olur?
  Əgər siz əvvəl qeysəriyyə əməliyyatı ilə doğmusunuzsa, ikinci dəfə də bu üsuldan istifadə edəcəklər. Ancaq bəzi qadınlar birinci doğuş zamanı əməliyyat olunsalar da, ikinci dəfə təbii yolla doğa bilirlər. Hər şey əvvəlki əməliyyatın xüsusiyyətindən asılıdır. Bu barədə həkiminizlə danışın. (Amma çox vaxt ikinci doğuşda da qeysəriyyə əməliyyatı aparır, çünki uşaqlığın yarılması təhlükəsi olur).
  Uşağın çəkisi həddən çox olarsa, sizin çanağınız dardırsa, qeysəriyyə əməliyyatı aparılır, çünki böyük uşaq doğuş kanalından keçə bilməz. Belədə əməliyyata ehtiyac olduğunu sancılar başlayandan sonra, doğuşdan bir az əvvəl müəyyən edirlər. 
  Doğuş zamanı uşaq nəzarət altında saxlanır. Əgər uşaq zəifdirsə, yəni doğuşa reaksiya vermirsə--irəli getmirsə, qeysəriyyə əməliyyatına ehtiyac yaranır.
  Bəzən göbək bağı uşağın başından əvvəl gəlir. Belə olanda uşaq göbək bağına təzyiq göstərir. Ya da uşağın ağırlığını göbək bağının üstünə saldığını müşahidə edirlər. Bu, uşaq üçün təhlükəlidir, çünki uşaq göbək bağı vasitəsilə qidalanır. Odur ki, göbək bağına təzyiq olan kimi qeysəriyyə əməliyyatı aparılır.
  Uşağın dayandığı vəziyyət də əməliyyata səbəb ola bilər. Bəzən uşaq arxasını doğuş yoluna çevirmiş vəziyyətdə dayanır, ya da ayaqları aşağı olur. Bu vəziyyət uşaq üçün təhlükəlidir. Belə olanda uşağın başı və çiyinləri zədələnə bilər (xüsusilə ana ilk dəfə doğursa). Uşaq başıaşağı vəziyyətdə olmayanda, onu qeysəriyyə əməliyyatı aparmaqla çıxarırlar.
  Bəzən də ciftin vəziyyəti əməliyyata səbəb olur. Cift doğuş yolunu tuta bilər və uşağın çıxmasına imkan verməz. Belə olanda təbii yolla doğmaq mümkün deyil.
  Ciftin uşaqlıq divarından ayrılması təcili əməliyyat tələb edir, çünki cift ayrılanda uşağın qidalanması prosesi dayanır. Cift ayrıldığı zaman qadında güclü qanaxma olur. Ona görə də çox vaxt qanaxma olan kimi qeysəriyyə əməliyyatı aparırlar.


  Qeysəriyyə əməliyyatı ilə doğanların sayı niyə artır?
  Əvvəllər qadınların demək olar ki, hamısı təbii yolla doğurdu. İndi qeysəriyyə əməliyyatı barədə daha çox eşidirik. Məsələ burasındadır ki, indi həm qadının, həm də uşağın vəziyyəti ilə ətraflı tanış olmağın yolları çoxdur. Müasir texnologiyalar vasitəsilə həm uşağın yerləşdiyi vəziyyətə, həm də başqa faktorlara, məsələn, çəkisinə, ürəyinin döyüntüsünə daha yaxşı nəzarət etmək mümkündür. Təhlükə ehtimalı olan kimi həkimlər qeysəriyyə əməliyyatı aparır, təhlükənin qarşısını alırlar.
  Ancaq qeysəriyyə əməliyyatının mənfi tərəfləri də var. Əməliyyat fəsadlara səbəb ola bilər; infeksiya, qonşu orqanların zədələnməsi halları, qanaxma nəticəsində şok olur. Belə hallarda qadınlar xəstəxanada daha çox qalmalı olurlar.
  Qeysəriyyə əməliyyatına ehtiyac olub-olmadığını əvvəldən müəyyən etməyə çalışın ki, əməliyyata hazır olasınız. Əməliyyata ehtiyac yaranarsa, məyus olmayın. Əsas balanızın sağlamlığıdır. Axı siz onun sağlam doğulması üçün hər şeyə hazırsınız.


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan