MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  Doğuş 3 mərhələdən ibarətdir  

YazılarDoğumDogum evləri

Sancılar başlayıbsa, hər 30, ya 20 dəqiqədən bir sancı hiss edirsinizsə, tələsməyə dəyməz. Sancıların arası 10 dəqiqə olanda doğum evinə getmək lazımdır. Maşın gəlincə, ya həkimə çatınca yoldaşınız, ya bir başqası belinizin aşağı hissəsini—böyrəklərin yerləşdiyi hissəni massaj etsin. Bu sizə yüngüllük gətirər. 
Doğuşun birinci mərhələsi ən uzun və ağrılı mərhələdir. Birinci mərhələdə qadının bədəninin, uşaqlıq yollarının doğuşa hazırlıq prosesi gedir. Dözümlü olun, bilin ki, siz gücünüzü ikinci mərhələyə--sizdən fiziki güc tələb edən mərhələyə saxlamalısınız. Birinci mərhələdə səbrli olmaq lazımdır. Qışqırıb səs-küy salmaqla, ya da otaqda o yan-bu yana qaçmaqla siz həm özünüzü, həm də tibbi heyəti yorarsınız. Çalışın sizə rahat olan yerdə, sizə rahat olan vəziyyətdə uzanın. Dölün hansı vəziyyətdə olduğunu həkimdən soruşun, bundan sonra ya sağ yanınız, ya sol yanınız üzərində uzana bilərsiniz. Sakit halda gəzə bilərsiniz. Ağrını azaltmaq üçün qarnınızı sığallayın. Bunun üçün əlinizi ortadan yanlara doğru çəkin.
Dərindən, bir az daha sürətlə nəfəs alın. Sancı başlayanda dərindən nəfəs alın və sayın: bir, iki, üç—ağrı artır, dörd, beş—dözülməz olur, altı, yeddi-nəfəsinizi verin, ağrı azalır. Qəribə olsa da, bir dəqiqədən sonra əvvəlki ağrıdan əsər-əlamət qalmır və siz bu bir neçə dəqiqədən istifadə edib, dincələ bilərsiniz. Çalışın, nəfəsinizi çox saxlamayın. 
Fikrinizi cəmləyin, fantaziyanızı işə salın, təsəvvür edin ki, hər sancı gələndə siz balanıza kömək edirsiniz.
Səbrli olun, həkiminizi hövsələdən çıxarmayın, siz bu həkimi seçmisinizsə, bu an hər şey bu həkimdən asılıdır, ona etibar edin. 

Əməliyyatın uğurlu keçməsi üçün həkimlərin dediklərinə əməl edinDoğuşun ikinci mərhələsi uşaqlığın boynu tam açılanda və yumşalanda başlayır. Ananı doğuş stoluna çıxarırlar. Stolda ayaqlarınızı rahat qoyun, narahatlıq varsa, həkimə deyin. Bu mərhələdə sancılara doğuş ağrısı əlavə olur--ana özündən asılı olmadan gücənir. Gücəndikcə siz doğuşu sürətləndirir, uşağın çıxmasını asanlaşdırırsınız. Məhz bu mərhələdə siz bütün gücünüzdən istifadə etməlisiniz ki, balanız qarşısına çıxan “ilk maneələrin” öhdəsindən gəlsin. Yaxşı olar ki, hər sancıdan sonra 3 dəfə gücənəsiniz. Dərindən nəfəs alın, nəfəsinizi saxlayın və var qüvvənizlə gücənin. Sonra nəfəsinizi yavaş-yavaş verin. Bunu 3 dəfə edin. Sonra özünüzü boşaldın, sancı gələndə eyni şeyi təkrar edin. Nəfəsinizi qəfildən verməyin, nəfəsinizi yavaş-yavaş buraxmaq üçün dodaqlarınızı bərk-bərk sıxın. Sancılar gələndə qışqırmağın xeyri yoxdur. Çox istəyirsinizsə, sancıdan sonra qışqıra bilərsiniz. Gücü verəndə diqqətli olun, üzünüzə yox, qarnınızın aşağı hissəsinə güc verin. 

Doğuş zamanı həkim və tibb bacılarının dediklərinə əməl edin. Onlara qulaq asmaq çətin olsa da, lazımlıdır. Bəzən həkim tələb edir ki, bir neçə dəqiqəliyə güc verməyəsiniz. Özünüzü gücənməkdən saxlaya bilmirsinizsə, səthi-“it kimi” nəfəs alın (itin ləhləməyini xatırlayın). 

Doğuş zamanı özünüzdən asılı olmadan altınızı batıra bilərsiniz. Utanmayın! Doğum evində siz heç kimi nə qorxudası, nə də təəccübləndirəsisiniz. Altınızı batırırsınızsa, deməli, güc verə bilirsiniz və balanızın doğulmağına lap az qalıb. 

  Sizi təbrik edirik1
Doğuşun üçüncü mərhələsi—bir az da güc verəndən sonra siz bir yüngüllük hiss edirsiniz və nəhayət, ilk dəfə olaraq, balanızın səsini eşidirsiniz! Bu da zəhmətinizin bəhrəsi! Allahın verdiyi ən şirin pay! Siz işinizi bitirmisiniz, amma həkimlərin işi qurtarmayıb. Bir dəstə həkim uşaqla, bir dəstə isə sizinlə məşğul olacaq. Onlar ciftin doğulmasını gözləməli, sonra sizin orqanlarınızı—doğuş yollarını nəzərdən keçirməlidirlər. Amma siz bunları yəqin ki, hiss etməyəcəksiniz, axı qarşınızda bapbalaca, çəhrayı rəngli, yağ kimi parıldayan çağa var.
Doğuşdan sonra ciddi probleminiz olmasa, çağanızı döşünüzə yaxın tutmalarını tələb edin! Bu, ən əvvəl sizin xeyrinizədir. Hansı hissləri keçirəcəyinizi təsvir etmək mümkün deyil. Əsas odur ki, uşağa oradaca döş verəndə süd ifrazatı yaxşılaşır, uşaqlıq aktivləşir və qanaxma azalır.
Çağa ömrünün ilk saatlarında ana südünün “ağzını” (süddən əvvəl gələn sarı maye) dadsa, daha möhkəm və daha sağlam olar.  
Xəbəriniz olsun ki, elə ilk saatlarda balanıza peyvənd edəcəklər.
Doğandan sonra uzanmaq məsləhətdir. Siz xeyli güc sərf etmisiniz. Oqanizminizin dincəlməyə ehtiyacı var. 
İndi yaxınlarınıza zəng edə, sevincinizi bölüşə bilərsiniz. Bu sevincin əvəzi yoxdur.
Sizə uğurlar!

 

 

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan