MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Adlar

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

   

YazılarHamiləlik

“Qadın hara, avtomobil hara?” "Hamilə nədir, gəzmək nədir?" Yəqin bu sözləri çox eşitmisiniz. Amma bilin ki, hamiləliyin nə səyahətə, nə də avtomobil sürməyə dəxli yoxdur. 

Çoxları avtomobili qadına yaraşdırmır, o ki qaldı, hamilə qadına! 
Amma hamilə qadın da avtomobil sürə bilər! Qərbdə hətta hamilələrə xüsusi kart verirlər və belə kartı olan qadın avtomobilini istədiyi yerdə saxlaya bilər (əlbəttə, söhbət dayanacaqdan gedir, bəzi ölkələrdə binaların, parkların yaxınlığındakı yerlər ya pulludur, ya da avtomobil saxlamaq üçün xüsusi icazə lazımdır). 
Ancaq hamiləliyin xüsusiyyətlərini nəzərə almaq vacibdir. Siz avtomobil sürməyə çoxdan alışmısınızsa, sürücülük sizin üçün adiləşibsə, hamiləlik dövründə də avtomobil sürə bilərsiniz.
Hamilə qadınlar adi oturacaqlar kimi avtomobil oturacağını da özlərinə uyğunlaşdırmalıdırlar. Hamiləsinizsə, siz ayaqlarınızı əvvəlki tək yığıb otura bilməyəcəksiniz. Ona görə də oturacağınızı arxaya çəkin, qarnınızla rol arasında ən azı 10 sm məsafə olmalıdır. Çiyninizi azca arxaya atın. Bu vəziyyətdə yaxşı görə bilmirsinizsə, başqa variant seçmək lazımdır. Nəzərə alın ki, hamiləlik zamanı gözlər zəifləyə bilər və uzun müddət rol arxasında olmaq, xüsusilə də gecə maşın sürmək gözlərinizi yorar. 
Hamiləlik zamanı bel ağrılarından əziyyət çəkirsinizsə, avtomobilin oturacağına massaj döşəkcəsi qoyun (məsələn, taxta diyircəkləri olan döşəkcələr bel ağrısını azaldır). 
Təhlükəsizlik kəməri hamiləlik zamanı xüsusilə vacibdir. Axı indi siz tək özünüzə görə yox, həm də balanıza görə məsuliyyət daşıyırsınız. Kəməri də özünüzə uyğunlaşdırın, boşaldın ki, qarnınıza çox təzyiq etməsin. Ancaq kəmər çox boş olmamalı, sallanmamalıdır. Kəmərin bir hissəsini döşünüzün altından, o birini qarnınızın altından keçirin. 
Avtomobilinizi arabir saxlayıb, dincəməli, gəzməlisiniz.. Özünüzü pis hiss edirsinizsə, maşını mütləq saxlayın! Düşüb taksi ilə, ya da ictimai nəqliyyat vasitəsiylə gedin. 
Avtomobil sürməyi yenicə öyrənibsə, toksikozdan əziyyət çəkirsə, təzyiqi yuxarıdırsa, uşağı salmaq təhlükəsi böyükdürsə, əsəbləri tez-tez gərilirsə, qışdırsa və yollar təhlükəlidirsə, hamilə qadın avtomobil sürməməlidir. Hamiləliyin son həftələrində də avtomobil sürmək məsləhət deyil. Avtomobil sürməyə nə qədər alışsanız da, uzağa səyahət etməyin. Bu, sizin üçün təhlükəli ola bilər. Kənar yerdə özünüzü piss etsəniz, həkim tapa bilməzsiniz.

Hamiləlik və səyahət

Dəniz kənarına səyahət sizi gərginliklərdən uzaqlaşdırar

Hamiləliyin səyahətə heç dəxli yoxdur! Yoldaşınız sizi səyahətə dəvət edirsə, bu fürsəti əldən verməyin, səfərə hazırlaşın. Ancaq əvvəl bir suala cavab alın:
hara və necə?
Səyahət proqramıyla əvvəldən tanış olmaq vacibdir. Bəzi turizm şirkətləri bir ölkəyə bir neçə günlük səyahət təklif edir. Bir həftə ərzində siz gah saatlarla avtobusda gedir, gah da uzun-uzadı piyada gəzməli olursunuz, böyük və tarixi şəhərlərin hər güşəsini görmək istəyirsiniz. Belə səyahət hamiləyə yaramır! Hamilə üçün ən yaxşısı bir yerə--ya bir şəhərə, ya dəniz kənarına getməkdir. 
Nəqliyyat vasitələri, ilin fəsilləri də vacibdir. Siz 8-10 saat uça bilərsinizmi? Əlbəttə, bu nəinki hamilə qadın, hər kəs üçün çətindir. İstər təyyarə, istər qatar, istərsə də avtomobildə (maşını siz yox, başqası idarə edirsə!) bir neçə saatlıq səfərin təhlükəsi yoxdur. Sonunda siz dəniz kənarında dincələ bilərsiniz. Təmiz hava, dənizin qumu, ya narın daşlar sizi rahatlayar, səyahətin müsbət enerjisi hamiləliyin gərginliklərini azaldar. 
Amma, məsələn, Parisə çox yaxınsınızsa, yoldaşınızla, ya dostlarınızla gəzəcəksinizsə, sizə təhlükə olmaz, istədiyiniz vaxt istirahət edə, istədiyiniz qədər gəzə bilərsiniz. 
Səyahətdən əvvəl mütləq həkimlə məsləhətləşin. Həkimə haraya, hansı müddətə getdiyinizi deyin. (Uzun müddətli səfərə çıxırsınızsa, getdiyiniz yerdə həkim tapın, Həmin həkimin adını, telefon nömrəsini, ünvanını özünüzlə götürün). Həkiminizdən analizlərin vaxtını soruşun, bəlkə siz bu günlərdə vacib analiz verməlisiniz? Sizə lazım ola biləcək dərmanları götürün. Getdiyiniz ölkədə hansı peyvəndlərin vurulmalı olduğunu öyrənin.
Bəzi aviaşirkətlər hamilə qadınlardan həkimin icazəsini tələb edirlər. Hər ehtimala qarşı həkimdən kağız alın. 
Həkimlər hesab edirlər ki, səhayət üçün ən yaxşı dövr hamiləliyin 14-27-ci həftələridir. Hamilə qadınların çoxunda 12-14-cü həftədə toksikoz keçib-gedir. Qadın hamiləliyə alışır, bədəni güclənir. 
Yola çıxandan əvvəl yalnız yaxşı şeylər barədə düşünün, nikbin olun. Sizə yaxşı yol!

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Hamilə qadınların küçədə görünməyinə necə baxırsınız?
Hər yerdə yox
Pis
Normal