MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Adlar

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HƏR ŞEYDƏN ƏVVƏL  

YazılarHamiləlik


Həkimlə məsləhətləşmək lazımdır. Ola bilər ki, sizin vəziyyətinizdə idman etmək təhlükəlidir və ya bəzi idman növləri sizə yaramır. 
Yadda saxlayın: idman edərkən seçdiyiniz yer rahat olmalı, yıxılıb zədələnmək təhlükəsi olmamalıdır. (Açıq havada idman daha xeyirlidir.) Əyninizə boş, rahat paltar geyinin. Ayağınızdakılar sürüşkən olmamalıdır.

İdman niyə vacibdir?
Bədəniniz hamiləliyin gərginliyinə hazır olmalıdır. Təsəvvür edin, sümükləriniz, əzələlər, oynaqlar və başqa orqanlarınız böyüməkdə olan balanın tələblərinə cavab vermək üçün vuruşurlar. Deməli, onlara kömək etmək-idmanla məşğul olmaq lazımdır. İdman həmişə olduğu kimi
    • Əzələlərinizin gücünü artırar 
    • Qan dövranını yaxşılaşdırar
    • Yorğunluğu götürər, enerjinizi artırar
    • Emosional vəziyyətinizi yaxşılaşdırar
    • Çəkini normada saxlamağa kömək olar

Bütün bunlar hamı üçün vacibdir. Hamilə olduğunuz halda idman etsəniz:
   • Əzələləriniz güclənər və əlavə çəkini daşımağa qadir olar
   • Əl-ayağınız, üzünüz daha az şişər
   • Qəbizlik problemi yüngülləşər
   • Ayaq və belinizdə ağrı daha az olar
   • Doğuşa tab gətirmək gücünüz artar
   • Doğuşdan sonra daha tez sağalarsınız

Dərindən nəfəs alın
Tənəffüsünüzü idarə etməyi bacarmalısınız. Atletlər həmişə qaçışdan əvvəl dərindən nəfəs alırlar. Çünki gərginlik yaranan kimi orqanizmin oksigenə tələbatı artır. Siz də tənəffüsünüzü idarə etməyi öyrənin.
   • Əlinizi qarnınıza—göbəyinizin bərabərinə qoyun.
   • Dərindən nəfəs alın. Hava ciyərlərinizə dolduqca əliniz azacıq qalxmalıdır.
   • Ciyərlərinizin hava ilə dolduğunu hiss etməlisiniz.
   • Əlinizin qarın əzələsi ilə birgə qalxdığını hiss etməlisiniz.
   • Ciyərlərinizdəki havanı birdən-birə buraxmayın. Nəfəsinizi yavaş-yavaş verin, 5-ə qədər sayın.
   • Nəfəsinizi verəndən sonra gülümsəməyi unutmayın.
   • Bu hərəkəti dalbadal iki dəfə edin.
   • Sonra normal nəfəs alın.
   • 1-2 dəqiqədən sonra yenə dərindən nəfəs alın.
   • Bu əməliyyatı 2-3 dəfə təkrarlayın.

Bu əməliyyat yüngülləşməyə, gərginliyin azalmasına kömək edir. Siz bunu hamilə olmasanız da, istədiyiniz vaxt, istədiyiniz yerdə edə bilərsiniz və heç kim sizin nə ilə məşğul olduğunuzu başa düşməz. 
 

 Meditasiya həm fiziki, həm də mənəvi sağlamlığa köməkdirMeditasiya
 Meditasiya da tənəffüsünüzü idarə etmək kimi bir şeydir, gərginliyi azaltmağa kömək edir. Meditasiya həm fiziki, həm də mənəvi sağlamlığa köməkdir, gərginliyə cavabdır. Adam elə bil boşalır, sakitləşir.
Meditasiya üçün əvvəla, sakit oturmaq, həm də rahat yerdə oturmaq və cəhd etmək lazımdır. Gözlərinizi yumun, bir neçə dəfə azad nəfəs alın və meditasiyaya başlamaq üçün dərindən nəfəs alıb, fikrinizi cəmləyin. Hansısa sözdən (məsələn, “sakit, sakit, sakit”, “sülh, sülh”) və ya səsdən istifadə etmək olar. Təsəvvürünüzdə bir sakitləşdirici obraz yaradın, ya da öz ürəyinizin döyüntüsünə qulaq asmağa çalışın. 
Meditasiya 15 dəqiqədən 30 dəqiqəyə qədər çəkə bilər. Bir qədər sonra siz ətrafdakı qıcıqlara, gərginliyə fikir vermədən nəfəs almağa, meditasiya aparmağa öyrəşəcəksiniz. Meditasiya orqanizminin sakitləşməsinə və cavanlaşmasına imkan verər.

Fiziki məşğələlər
   Hamiləlik dövrü qadının oynaqları yumşalır və onları asanlıqla zədələmək olar. Bu zəif yerlərin ətrafındakı əzələlərinizi bərkitməyə çalışın.
   1. Qolunuzu yuxarı qaldırıb, dartılın.
   2. Aşağı əyilin, hərəkətinizlə iri dairələr cızın.
   3. Başınızı sinənizə doğru əyin və başınızla dairələr cızın.
   4. Çiyinlərinizi yuxarı qaldırın, arxaya aparın və aşağı salın.
   5. Ayağınızı irəli uzadıb dartın, topuğunuzu hərəkət etdirərək, pəncənizilə dairə cızın. Bu hərəkəti 10 dəfə edin. (Hamilələr tez-tez “damarlarının bir-birinin üstünə çıxdığını deyib, ağrıdan bəzən qışqırırlar. O zaman bu hərəkəti bir neçə dəfə etmək kifayətdir ki, ağrı keçsin.)
   6. Ayağınızı irəli dartın, sonra geri dartın və dizinizin ətrafında dairə cızın. Bu hərəkəti də 10 dəfə təkrarlayın. Ağrı hiss edən kimi dayanın.
   7. Əllərinizi boynunuzun arxasında birləşdirin. Sonra onları mümkün qədər yuxarı qaldırın. Bir neçə saniyə beləcə qalandan sonra, əllərinizi salın. Üzgüçülük hamilələr üçün ən xeyirli idmandır

Çoxlu yerimək və üzmək də hamilə üçün vacibdir. Ən rahat ayaqqabılarınızı geyinin, düşün yola. Çox sürətlə yeriməyə ehtiyac yoxdur, dərindən nəfəs alın, rahat-rahat gəzin. Əvvəlcə yavaş-yavaş, sonra sizə rahat olan sürətlə yeriyin. Sonuncu aylarda çox yerimək doğuşu da asanlaşdırır. 
Üzmək hamilə qadınlar üçün ən əhəmiyyətli idman növüdür. Suda siz ağırlığınızı hiss etməyəcəksiniz. Üzəndə bütün əzələləriniz hərəkət edir, amma oynaqlar dincəlir, az enerji itirirsiniz. Amma son 3 ayda suya baş vurmaq olmaz! 
Keqel—bütün hamilələr üçün xeyirli idman növüdür. Keqel uşaqlıq yolu əzələlərini hərəkət etdirir. Axı doğuş zamanı bu əzələlərə xüsusi güc lazımdır.
Təsəvvür edin ki, işəmək istəyirsiniz. Amma özünüzü saxlamalısınız. Uşaqlıq yolu əzələlərini gərin, 10 saniyə gərgin saxlayandan sonra adi vəziyyətə qayıdın. Bu məşğələni gündə 25 dəfə edin. Keqer əzələni doğuşa hazırlayır və doğuşdan sonra bərpaya kömək edir.

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Hamilə qadınların küçədə görünməyinə necə baxırsınız?
Hər yerdə yox
Pis
Normal