MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİK TƏQVİMİ  

YazılarHamiləlik

Hamiləsinizmi?! Təbrik edirik!

Biz qadınlar bilirik ki, hamiləlik ən böyük xoşbəxtlikdir. Hamiləlik təsdiqlənən kimi sevinc, fərəh, qadınlıq hissi, həyəcan,yorğunluq—hamısı bir-birinə qarışır. Amma hər şeydən əvvəl bilməliyik ki, hamiləlik məsuliyyətdir və məsuliyyəti uğurla daşımaq üçün məlumatlı olmaq lazımdır. Bədəndə dəyişiklik getdikcə nə edəcəyini bilməyən qadınların narahatlığı ikiqat artır. Dəyişiklikləri sakit qarşılamaq, onlara hazır olmaq, məlumatınızı artırmaq məqsədiylə sizin üçün hamiləlik təqvimi hazırlamışıq. Bu təqvim vasitəsilə siz bədəninizdəki dəyişiklikləri, balanızın inkişafını həftəbəhəftə izləyəcək, hər həftə nə etməli olduğunuzu biləcəksiniz. 

Hamiləliyi adətən 3 rübə bölürlər: 1-ci həftədən 12-ci həftəyə qədərki dövr, 13-cü həftədən 28-ci həftəyə qədərki dövr və 29-cu həftədən 42-ci həftəyə qədərki (doğuşa qədərki) dövr.

Hamilə olduğunuzu hiss edirsinizsə, şübhəniz varsa, ya testlə təsdiqləmisinizsə, birbaş həkimə gedin. Ginekoloq sizin hamiləliyinizi təsdiqləsə, sizdən bəzi analizləri tələb edəcək. Hansısa xəstəliyiniz varsa, ya dərman içirsinizsə, həkimə mütləq məlumat verin. Dərmanlar hamiləliyinizə zərərli ola bilər.

İndi siz sağlamlığınızın qeydinə qalmalısınız ki, gələcək balanız da sağlam doğulsun. Düzdür, hamiləliyinizə həkim nəzarət etməlidir (əvvəlcə hər ay, hamiləliyin 28-ci həftəsindən başlayaraq, ayda iki dəfə, son həftələrdə isə hər həftə həkimlə görüşməlisiniz), amma sizin özünüzdən də çox şey asılıdır. Gərginlikdən, gərgin işdən uzaq olun. Heç kimlə mübahisə etməyin, gülümsəməyə çalışın. Evinizi özünüzə uyğunlaşdırın, yaxınlarınızdan xahiş edin ki, mebelləri elə yerləşdirsinlər ki, sizin hərəkətinizə maneə olmasın, qarnınız künclərə dəyməsin. Evin havasını gündə azı iki dəfə dəyişin. Təmiz hava hər şeydən vacibdir. Parkda, avtomobillərin az olduğu yerlərdə gəzin. Adamların çox olduğu yerlərdən də uzaq olun, yoluxucu xəstəliklərdən qorunun. Yaxınınız soyuqlayıbsa, maska geyinin. Qripdən qorunmaq üçün burnunuza yağ və sarımsaq suyu sürtün. Ümumiyyətlə sarımsaq və soğan zərərsizdir, yeməyə də əlavə etməkdən çəkinməyin. Siqareti, alkoqollu içkiləri unudun.

Sizə uğurlu hamiləlik arzulayırıq!


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan