MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Adlar

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN ƏLAMƏTLƏRİ  

YazılarHamiləlik

Adam xəstələnəndə nə baş verdiyini daha tez anlayır, çünki harasısa ağrıyır, qızarır, ya temperaturu qalxır. Hamiləliyi müəyyən etmək bir az çətindir. Qadının heç bir yeri ağrımır, şişmir, temperaturu qaydasında olur. Amma xəstəlik kimi, hamiləlikdən də vaxtında xəbər tutmaq yaxşıdır. Siz vaxtında tədbir görə, qadın məsləhətxanasına müracirət edə bilərsiniz və hamiləliyinizin gedişini həkimlər izləyər.

Hamiləliyin əlamətlərini 3 qrupa bölürlər; şübhəli, etibarlı və dəqiq əlamətlər.

Şübhəli əlamətlər bunlardır.
1. Qadının iştahası olmur. O, ət, kartof yeməklərindən imtina edir. Xiyar turşusu, ya təbaşir istəyir. Səhərlər ürəyi bulanır. 
2. Qadın bəzi iylərə dözmür. İndiyə qədər sevdiyi ətirləri gizlədir, atmaq istəyir. Siqaret tüstüsünü qovmaq üçün pəncərəni gündə yüz dəfə açır.
3. Qadının davranışı dəyişkən olur. O, gah şən-şən gülür, gah xırda şeylərə əsəbiləşir. Teleserialda gördüklərinə görə ağlaya bilər. Məhəbbət və əməkhaqqı barədə sualları ilə ərini hövsələdən çıxarar. Ya da bütün gün yatmaq istəyər.   
4. Qadının üzündə ləkələr əmələ gəlir. Döş giləsinin, gilənin ətrafındakı dairənin rəngi və göbəkdən qasığa qədərki xətt tündləşir.  

Hamiləliyin etibarlı əlamətləri də 4-dür.
1. Menstruasiyanın (aybaşının) vaxtı keçir (yadda saxlayın ki, menstruasiyanın vaxtının keçməsi heç də həmişə hamiləliyə işarə deyil. Bəzən aybaşı düz bir həftə gecikir, amma olur. )
2. Qadının döşləri ağrımağa başlayır. Döşü sıxanda bir az qatı, sarımtıl maye axır.
3. Ginekoloqun müayinəsi zamanı məlum olur ki, qadının uşaqlıq yolu və uşaqlıq boynu  göyərib. Uşaqlığın ölçüsü və forması dəyişir.
4. Hamiləlik testi müsbət nəticə göstərir.

(Testlərdən istifadə qaydası müxtəlifdir, aldığınız testin kitabçasını oxuyun)  

Dəqiq əlamətlər ultrasəs müayinə zamanı görünür. Həkim qadının uşaqlığında döl yumurtasını müşahidə edir. Bu, aybaşının vaxtı keçəndən 2-3 həftə sonra mümkündür. 5-6 aydan sonra ultrasəs müayinə zamanı dölün bədəninin ayrı-ayrı hissələrini görmək, hətta ürək döyüntüsü eşitmək olar. 
Sizə uğurlu hamiləlik arzulayırıq!


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Hamilə qadınların küçədə görünməyinə necə baxırsınız?
Hər yerdə yox
Pis
Normal