MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 10-CU HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

 

Kəllə beyni artıq böyük adamın beyninə bənzəyir

  İndi balanızın çəkisi 4-5 q, uzunluğu təxminən 3-4 sm-dir. O, uşağlığın divarına dəyəndə geri atılır! Hərçənd siz bunu hiss etmirsiniz.
  Hamiləliyin 10-cu həftəsində uşağın mərkəzi sinir sistemi fəaliyyətə başlayır. Kələ beyni artıq böyük adamın beyninə oxşayır. İndi uşağın beyninin bütün hissələrində dəqiqədə 250 min neyron əmələ gəlməkdədir. Odur ki, bu həftə
yeməyinizə xüsusi diqqət etməlisiniz. Qan dövranınızı yaxşılaşdırmaq üçün C və P vitamini ilə zəngin ərzaq məhsullarına üstünlük verilməlidir. Sitrus meyvələri, pomidor, kələm, bolqar bibəri, qarabaşaq, itburnu dəmləməsi, qarağat, quşarmudu, ərik—bunlar hamısı C və P vitamini ilə zəngindir. Siz düzgün qidalansanız, balanız sağlam olar. 
  Hamiləliyin 10-cu həftəsi embrional dövrün sonudur. Yəni uşağın orqanlarının çoxu, əl-ayağı formalaşıb. İndiyə qədər döl ətraf təsirlərə çox həssas idi. Məsələn, uşağın ürəyində problem varsa, deməli ananın hamiləliyin 10-cu həftəsinə qədərki dövrdə nə isə baş verib. 10-cu həftədən yeni mərhələ başlayır. Amma bu o demək deyil ki, siz arxayın ola bilərsiniz. Yeməyinizə, sağlamlığınıza yenə diqqət etməlisiniz. Elə şeylər var ki, dölün inkişafına bundan sonra da pis təsir göstərə bilər.
  10-cu həftədən sonra döl sürətlə inikişaf edib, çəkisini və ölçüsünü artıracaq. İndi 4 qramdan çox olmayan balanız 3200-3600 qrama çatmalıdır. Uzunluğu  4 sm-dən 50-52 sm-ə qədər artmalıdır. Bunun üçün siz kifayət qədər, həm də düzgün qidalanmalısınız.
  Hamiləliyin 10-cu həftəsində balanıza həm də çox hərəkət etməklə xeyir verə bilərsiniz. Ən yaxşısı idman və gəzintidir. Gəzinti zamanı sizin əzələlərinizin 97%-i fəaliyyətdə olur, nəticədə ağırlıq bərabər şəkildə paylanır. Gündə azı 2 saat gəzin. Gəzmək üçün sakit, adamların az olduğu, havanın təmiz olduğu yerləri seçin. Musiqi yerinə quşların, yarpaqların səsini eşitsəniz, daha yaxşı olar, həm bədəniniz, həm də beyniniz dincələr. Gəzməkdən başqa vaxtaşırı idman edin (Hamilə və idman bölməsinə baxın).
  Sizin çəkiniz hələ dəyişməyib. Hamilə olduğunuz da yəqin ki, hələ bilinmir. Hamilə paltarı almaq hələ tezdir.
  Hələ də ürəyiniz bulanırsa, qusursunuzsa, narahat olmayın. Bir-iki həftə də dözün, düzələcəksiniz (qadınların çoxunda toksikoz 12-ci həftədən sonra keçib-gedir).

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan