MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 15-Cİ HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

  

saçları əmələ gəlir!

  Balanızın ağırlığı 70 q, uzunluğu 120-130 mm-dir. Balanız böyüdükcə ultrasəs müayinəsi zamanı onu bütöv şəkildə deyil, ayrı-ayrı hissələrini görmək mümkün olacaq.
  Hamiləliyin 15-ci həftəsində uşağın saçları əmələ gəlir. O indi yumruğunu sıxa bilir, barmağını sorur. Balanız oğlandırsa, 15-ci həftə onda testosteron hormonları ifraz olunmağa başlayır.
  15-ci həftəyə yaxın uşağın ürəyi elə möhkəmlənir ki, sutkada 22,5 litr qan qovmağa başlayır, bununla da daxili orqanların qan dövranını təmin edir. Bu həftə uşağın qanının tərkibi mürəkkəbləşir, maddələr mübadiləsi güclənir. Bu isə inkişaf üçün son dərəcə vacibdir. Qan-damar sisteminin fəallaşdığını nəzərə alsaq, bu həftə qidalanmanıza xüsusi diqqət etməlisiniz. İndi E vitamini daha çox lazımdır. E vitamini bitki yağlarının tərkibində çox olur. Yaddan çıxarmayın ki, qida hər şeydən əvvəl qidalanmaq üçündür, qidadan həzz almağı sonraya saxlayın. Kolbasa, ketçup, çips
kimi şeyləri unudun!
  Sizin görünüşünüz əməlli başlı-dəyişib. Bəlkə də kənardan hamilə olduğunuz görünmür, amma çimərlik paltarı geysəniz hamiləliyinizi gizlədə bilməyəcəksiniz.
  Hansı vəziyyətdə yatdığınıza diqqət edin. İndiki halda ən ideal vəziyyət yanı üstə uzanmaqdır. Yatanda aşağıdakı ayağınızı uzadıb, üstdəki ayağı dizdən bükün. Bu vəziyyət qanın bütün damarlara bərabər şəkildə paylanmasına kömək edir. Arxası üstə yatmayın. Böyüyən uşaqlıq orqanlarınıza təzyiq edər. Yatanda rahatlığınız üçün döşəkçələrdən istifadə edin. Təmiz havada gəzinti, isti-soyuq duş (su nə çox isti, nə çox soyuq olmalıdır), idman da qan dövranı üçün xeyirlidir.


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan