MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 16-CI HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

 

Onun tərpəndiyini hiss edə bilərsiniz!

  Balanızın uzunluğu artıq 16 sm-dir, çəkisi 80 q-a çatıb və bu həftə siz onun tərpəndiyini hiss edəcəksiniz! Hiss etməsəniz, narahat olmayın, analar dölün tərpəndiyini adətən 16-cı həftəylə
20-ci həftə arasında hiss etməyə başlayırlar. Əlbəttə, bu ilk dəfə hamilə olan qadınlara aiddir. Əvvəl də ana olan qadınlar, ya da arıq analar dölün tərpəndiyini daha tez hiss edirlər. (Deyilənə görə döl qız olanda tez, oğlan olanda gec tərpənir).
  Hamiləliyin 16-cı həftəsində balanız başını dik tutmağa başlayır, hətta o tərəf-bu tərəfə çönür. Onun üz əzələsi formalaşır. Ona görə də uşaq ağız-burnunu əyməyə, göz vurmağa (əlbəttə, özündən asılı olmadan), qaş-qabaq etməyə başlayır, ağzını açıb-yumur. Qulaq yavaş-yavaş öz yerini tutur (əvvəl qulaq aşağıda idi). Dırnaqlar formalaşır. Hamiləliyin 16-cı həftəsində dölün böyrəkləri, sidik kisəsi də fəallaşır. İndi balanız hər 45 dəqiqədə işəyir (sidik dölətrafı mayeyə axır). 
  Sizin çəkiniz artmaqdadır, çünki həm uşaqlıq böyüyüb, həm də dölətrafı maye çoxalıb. Hamiləliyin 16-cı həftəsində dölətrafı mayenin çəkisi 260 ml-ə çatır. Bu o deməkdir ki, bəzi analizləri vermək imkanı yaranıb.
  Uşaqda bəzi problemlər, məsələn, Dauna sindromu, qan xəstəliyi, sinir sisteminin pozulması, yaxud maddələr mübadiləsinin pozğunluğu kimi xəstəliklərin mövcudluğu məhz 16-18-ci həftədə, dölətrafı mayenin öyrənilməsi nəticəsində müəyyən olunur. Dölətrafı mayenin araşdırılması elmə məlum olan 400 xəstəlikdən 40-nı (10%-ni) əvvəlcədən müəyyən etməyə imkan verir. Ancaq bu proseduru yalnız yüksək ixtisaslı həkim yerinə yetirə bilər. Dölətrafı mayedən nümunə götürmək hər həkimin işi deyil və bir kiçik səhv fəsadlara səbəb ola bilər. (Dölətrafı mayedən nümunə götürmək üçün uşaqlığa iynə salırlar, ehtiyatsızlıq olarsa, iynə uşağa bata bilər).

Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan