MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 17-Cİ HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

  

O sizin yaxınlığınızdan gələn səsləri eşidir!Balanız artıq səs eşidir! Elmi araşdırmalar göstərib ki, hamiləliyin 17-ci həftəsində döl anasının yaxınlığındakı səslərə reaksiya verir. Deməli, balanızın zövqünü formalaşdırmağa başlaya bilərsiniz! Düzdür, əvvəlcə bala ananın ürəyinin döyüntüsünü, mədəsindən, bağırsaqlarından gələn səsləri eşidir, ancaq yavaş-yavaş ətrafdakı səsləri də eşitməyə başlayır. Odur ki, dinlədiyiniz mahnıları seçin. Siz uşaq mahnılarına, klassikaya, yaxud xalq mahnılarına qulaq asa bilərsiniz. Özünüz də oxuyun, yoldaşınızı da cəlb edin. Oxumasanız da, balanızla söhbət edə, ona nağıl danışa bilərsiniz. O, sizin səsinizi tanımağa başlayır.
Hamiləliyin 17-ci həftəsində balanızın çəkisi 140 q-a çatır və daha sürətlə artmağa başlayır. Axı indi onun dərisi möhkəmlənir (əvvəl dəri şəffaf idi), dərialtı piy qatı formalaşır. Piy qatı onun bədəninin istisini saxlamaq üçün vacibdir. 
Bütün bunlar o deməkdir ki, siz
yaxşı yeməlisiniz. Qarnınızın böyüdüyü yəqin ki, bilinir. Yoldaşınız sizi qucaqlayanda qarnınızın böyüdüyünü hiss edir. Böyüyən uşaqlıq başqa orqanlarınızı sıxışdırmağa başlayıb. Böyrəyin yükü çoxaldığından siz tez-tez işəmək istəyirsiniz. Sidiyi çox saxlamayın! Sidik kisəsinin iltihabı uşaqlıqda problem yarada, bu da vaxtından əvvəl doğuşa səbəb ola bilər. 
  İndi ürəyinizin də işi çoxdur, çünki qan dövranı güclənib. Qan dövranının güclənməsi kiçik damarların da yükünü artırır. Odur ki, damaq, burun qanamalarına hazır olun. Ürəyin motor funksiyası 20% artıb, nəticədə siz əvvəlkindən çox tərləyirsiniz.
  Özünüzü soyuqdəymədən qoruyun. Xəstələnəndə həkim məsləhəti olmadan dərman içməyin!


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan