MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 18-Cİ HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

  

O, ətraf aləmlə ünsiyyətə başlayıb

  Bu həftə balanız ətraf aləmlə ünsiyyətə başlayır! O, çox aktivdir, yerini tez-tez dəyişir, ayağını ayağının üstünə qoyur, mayallaq aşır, bəzən sizi “təpikləyir”.  İndi o, səslərə reaksiya verir. Ürəyinizin döyüntüsü, qan damarlarınzıın səsi onu narahat etmir, ancaq sizin ətrafınızda möhkəm səs olarsa, uşaq qorxa bilər. Araşdrımalar nəticəsində müəyyən olunub ki, güclü səs olanda bətndəki uşaq ya narahat hərəkətlər etməyə başlayır, ya da gərginlikdən yığılır. 
  Balanızın uzunluğu indi 20-22 sm-dir, çəkisi 200 q! Onun göz qapaqları yavaş-yavaş açılır, üz cizgiləri daha da aydınlaşır. Barmaqlarının uclarında yalnız ona məxsus olan naxışlar yaranmaqdadır. (Hər kəsin əl izi məhz barmağının ucundakı individual naxışlara əsasən müəyyən olunur).
  Hamiləliyin 18-ci həftəsində balanızın ürəyinin fəaliyyəti güclənir, qan təzyiqi artır, qan dövranı sürətlənir. Nəticədə uşağın qanında oksigenin və başqa qidalandırıcı maddələrin miqdarı artır. 
  Sizin orqanizminizin indi dəmirə ehtiyacı çoxdur, çünki qan dövranı güclənib və daha da güclənməkdədir. Tərkibində dəmir olan ərzaq məhsulları (ət, balıq, kəsmik, yumurta, alma, kök və s.) ilə qidalanmaq
vacibdir. Apteklərdə vitaminlər satılır, ancaq aptekdən aldıqlarınızı həkim məsləhəti olmadan qəbul etməyin.
  Hamiləliyin 18-ci həftəsində belinizdə ağrılar hiss edə bilərsiniz. Bel ağrısı fiziki yükün artmasıyla bağlıdır. Adətən yüngül olur, hamiləliyin son günlərində artır. Bəzi qadınlar bel ağrısını yalnız hamiləliyin sonunda hiss edir. Bel ağrılarının qarşısını almaq üçün yanı üstə yatın, gündüzlər istirahət edin, uzanın. Ayaq üstə çox gəzməyin. İdman edin, çalışın, çəkiniz həddi aşmasın. 
  Döşünüzdən sarımtıl maye axırsa, ehtiyatla silin. Axan süd ağzıdır. Döşünüzü heç vaxt sıxmayın!

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan