MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 19-CU HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

  

Onun bədənini narın tüklər örtməyə başlayır

  Balanızın çəkisi indi 240 q-dır. Boyu çox artmayıb, bu günlərdə onun bədənində piy ehtiyatı toplanmaqdadır. Boynun kökündə, döşdə, böyrəklərin ətrafında piy təbəqəsi əmələ gəlir. Bu, uşağın bədəninin istisini qorumaq üçün vacibdir.
  Balanız işıqla qaranlığı ayırmağa başlayıb! Sizin qarnınıza güclü işıq düşəndə uşaq işığa tərəf çönür.
  Hamiləliyin 19-cu həftəsində balanızın daimi dişlərinin mayası əmələ gəlir. Onlar süd dişlərinin mayasından dərində yerləşir.
  Uşağın sinir sistemi inkişaf etməkdədir. Kəllə beyni tam formalaşmaqdadır.
  Balanız qızdırsa, onun ibtidai yumurta hüceyrələri əmələ gəlib.
  Hamiləliyin 19-cu həftəsində uşağın bütün bədəni narın tüklə örtülməyə başlayır. Narahat olmayın, bu tüklər balanız doğulana qədər töküləcək. Bəzi uşaqların yalnız qulağında, üzündə xırda tüklər qalır, sonra onlar da tökülür.
  Dölün, uşaqlığın, döşlərinizin, dölətrafı mayenin çəkisinin artdığını nəzərə alsaq, siz də 6-7 kq “kökəlmisiniz. Çalışın, yanı üstə yatın. Arxası üstə uzananda damarlara təzyiq olur, nəticədə qan təzyiqi düşür, baş gicəllənir. Baş gicəllənməsini qəfil ayağa qalxanda da hiss edə bilərsiniz. Çünki qəfil qalxanda qan beyindən axır. Ona görə də tələsmədən hərəkət edin. Yanı üstə çevrilin, əllərinizdən dayaq kimi istifadə edin. ayaqlarınızı yavaşca yerə qoyub, tələsmədən ayağa qalxın. 
  “Aşağıda” ifrazat arta bilər. Bu normaldır, amma ifrazat qəfil artarsa və həddən çox olarsa, həkimə müraciət edin.
   Qan dövranı güclənir, tərkibində dəmir olan ərzaq məhsullarından (ət, balıq, kəsmik, yumurta, alma, kök və s.) bol-bol istifadə edin.
  Hamiləliyin 19-cu həftəsində dərinizdə dəyişikliklər ola bilər. Siz əllərinizin qızardığını, dodaqlarınızın, üzünüzdə, ya bədəninizdəki ləkələrin tündləşdiyini görə bilərsiniz. Narahat olmayın, bunlar hamiləliyin əlamətləridir, keçib-gedəcək. Unutmayın ki, siz indi dünyanın ən xoşbəxt qadınlarındansınız, çünki hamiləsiniz!

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan