MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 25-Cİ HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

 

Siz onun işığa və səsə reaksiyasını hiss edə bilərsiniz

Balanız indi hər saat böyüyür! Onun çəkisi 700 q, boyu 35 sm-ə yaxındır. Dərisinin qırışı açılmağa başlayıb, o, get-gedə əsl çağaya bənzəyir. Saçlarının rəngi artıq bəllidir, hərçənd bu rəng doğuşdan sonra bir neçə dəfə dəyişəcək.
Hamiləliyin 25-ci həftəsində balanızın işığa və səsə reaksiyasını əməlli-başlı hiss edə bilərsiniz. Lampanın işığını qarnınıza tərəf salsanız, onun hərəkətə gəldiyini hiss edəcəksiniz. Yüksək səs olanda uşaq qorxudan ya yığılır, ya da narahat hərəkətlər edir. 
 İndi uşağın ürək döyüntüsünü eşitmək üçün ultrasəs müayinəsinə ehtiyac yoxdur. Otaqda sakitlikdirsə, yoldaşınız qulağını qarnınıza qoyub, körpənin ürək döyüntüsünü eşidə bilər. 
  Balanızın cinsiyyəti tam bəllidir. Müayinə zamanı oğlandırsa, xayaları görünür. Qızın uşaqlıq yolu formalaşmaqdadır.
  Balanız solaxay olub-olmamaqla bağlı seçimini artıq edib. O, indidən ya sol, ya da sağ qolu ilə hərəkət etməyə üstünlük verir. 
  Sizin qarnınız böyüyür, uşaqlıq indi futbol topu boydadır və mədənizə təzyiq etməyə başlayıb. Nəticədə mədə qıcqırmasından əziyyət çəkə bilərsiniz, narahat olmayın, bu hal müvəqqətidir. Adətən bu həftələr hamilə qadınlar özlərini yaxşı hiss edirlər. Buna baxmayaraq, bir neçə həftəsən sonra həkimlə daha tez-tez görüşməli olacaqsınız.
  Həkim anemiyanın olub-olmadığını müəyyənləşdirmək üçün yenə qan analizi götürə bilər. Uşaqlığı isə həkim hər dəfə ölçməlidir. O, normadan kiçik olarsa, tədbir görülməlidir. Uşaqlıq normadan böyükdürsə, siz əkiz doğacaqsınız! Amma uşaqlığın böyüklüyünün səbəbi bəzən əkizlər deyil, dölətrafı mayenin həddən artıq çox olmasıdır. Belə olanda mayedən bir qədər götürürlər. Bu, çox çətin və məsuliyyətli prosesdir. Dölətrafı mayenin çoxluğu anormallığın, ya da infeksiyanın əlaməti ola bilər. Bu halda hamiləliyi pozurlar.
  Hamiləliyinizin uğurlu keçməsi üçün yeməyinizə, gigiyenanıza diqqət edin, təmiz havada gəzin, idman edin. 

Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan