|
|
| |
HAMİLƏLİYİN 27-Cİ HƏFTƏSİ
| |
Yazılar Hamiləlik Hamiləlik təqvimi
|
 Sizi təbrik edirik, hamiləliyin ikinci rübü arxada qalır! Balanızın çəkisi 1 kq-a yaxındır! Boyunun 37 sm-ə çatmasına az qalıb. O, böyüdüyündən yeri daralıb. Ayaqlarını, əllərini yığıb, ancaq hələ ki, yerini dəyişə bilir. Dırnaqları inkişaf etməkdədir, ancaq hələ barmaqlarının ucuna çatmayıb. Hamiləliyin 27-ci həftəsində uşağın demək olar ki, bütün orqanları funksiyasını yerinə yetirir. Amma onlar hələ inkişaf etməlidir. Dölün tam yetişməsinə 13 həftə var. Yəqin ona görə bu dövrdə doğulan uşaqların yaşamaq şansı 85%-dir. Balanızın dərisi hələ ki, qırış-qırışdır. Qırışlar tam olaraq, doğuşa bir neçə həftə qalmış açılır. Uşaq gülümsəməyi, qaş-qabağını tökməyi bacarır. Siz narahatsınızsa, əsəbisinizsə, tütündən istifadə edirsinizsə, o əziyyət çəkir. Balanız hər şeyi hiss edir. Onunla mümkün qədər çox danışın, qarnınızı sığallayın. O sizin sığallarınıza biganə deyil. Hamiləliyin 27-ci həftəsində siz də kökəlməkdəsiniz. Və bu normaldır, sağlamlığın əlamətidir. Çəkinizin artması sizi narahat etməməlidir. Heç bir halda pəhriz saxlamayın! Çəkinizi artıran döl, dölətrafı maye, cift, güclənən qan dövranıdır. Bu dövrdə qadınların döşü orta hesabla 800 q-a yaxın olur (hamilə olmayan qadınların döşü orta hesabla 200 q-dır). Süd ağzı gəlir. Onu təmiz salfetlə silin. Döşünüzü sıxmayın! Lifçik seçəndə diqqətli olun; yumşaq, pambıq parçadan olan lifçiklər alın. Arxası üstə çox uzanmayın. Qan damarlarına təzyiq zəifliyə səbəb olar. 3-cü rüb yaxınlaşanda hamilənin qanında xolesterinin miqdarı artır. Bu da sizi narahat etməməlidir. Xolesterin cift üçün vacibdir. İndiyə qədər idman etməmisinizsə, gec deyil! İdman etməyə başlayın (əlbəttə, həkim məsləhəti ilə), özünüzü rahat doğuşa hazırlayın.
|
|
|
|