MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 28-Cİ HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

 

Hamiləliyin 3-cü rübü başlayır!

Sizi təbrik edirik, hamiləliyin 3-cü rübü başlayır! 
Balanızın çəkisi 1 kq-dır! (17 həftə əvvəl o, cəmi 100 q idi). Boyu 35-38 sm-dir. Unutmayın ki, bu rəqəmlər şərtidir. Sizin balanızın boyu daha qısa, ya da uzun, çəkisi daha artıq, ya daha az ola bilər və bu tam normaldır. Uşağın çəkisini müəyyən edən amillər çoxdur. Məsələn, qız oğlana nisbətən daha az çəkili olur. Ananın ikinci uşağının çəkisi, adətən, birinci uşağının çəkisindən çox olur. (Ancaq burda da istisnalar ola bilər)
Hamiləliyin 28-ci həftəsində balanızın beyni tam formalaşır. Saçları, qaşları, kirpikləri uzanır. Piy qatı artır, balanız koppuşlaşır! 
28-ci həftədə doğulan uşaq müstəqil yaşaya bilməz, xüsusi şəraitdə saxlanmalıdır. Ancaq daha tez doğulanlarla müqayisədə onun şansı çoxdur.
  Hamiləliyin 28-ci həftəsindən 32-ci həftəsinə qədər uşaq daim hərəkətdə olur və siz bunu hiss etməlisiniz. Əlbəttə, uşaqlar da özünəməxsusdur və həddən artıq sakit ola bilərlər. Ancaq bundan sonra balanızın fəallığı mühüm şərtdir və ona nəzarət etmək lazımdır. Uşaq saatda azı 10 dəfə tərpənməlidir. Siz 1 saat ərzində onun hərəkətini hiss etmirsinizsə, nə isə yeyin, için və uzanın. Daha 1 saat gözləyin. Uşaq hərəkət etmirsə, həkimə müraciət edin. Hərəkətsizlik təhlükədən xəbər verir.
 Ana dölün tərpəndiyini daha çox uzananda, ya da yemək yeyəndən sonra hiss edir. Ananın qanında bəzi maddələrin artması uşağı fəallaşdırır.
 Balanız narahat olanda da çox tərpənir. Ana həyəcan keçirirsə, uşaq da narahat olmağa başlayır.
  Sizin qarnınız elə sürətlə böyüyür ki, bəzən onun bir gecədə bir neçə santimetr artdığını güman edə bilərsiniz. Qarnınızın dərisi dartıldığından qaşınmağa başlayır.
İndi siz həkimlə daha tez-tez—iki həftədə bir dəfə görüşməlisiniz (ən azı). Bəzi analizləri vermək vacibdir.
  Hamiləliyin bu dövründə qadının hərəkətlərində koordinasiyanın olmaması, tutumsuzluq təbiidir. Qabı əlinizdən tez-tez salırsınızsa, narahat olmayın. Bu, oynaqlarda zəifliyin əmələ gəlməsi, suyun bədəndə gecikməsi ilə bağlıdır. Yadınızdan çıxarmayın ki, bunlar hamısı müvəqqətidir.
  Mümkün qədər çox kalsium qəbul edin—süd için, qatıq yeyin. Kalsium uşağın sümükləri üçün vacibdir.
  Qarşıda hələ 12 həftə var. Siz doğuşa hazırlaşa, yoldaşınızla gələcək valideynlər üçün yaradılmış məktəbə gedə bilərsiniz.

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan