MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 2-Cİ HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

  

Onlar görüşə hazırlaşırlar!

Hazırlıq işi davam edir. Minlərlə yumurta hüceyrəsi arasından bir lider seçilməkdədir. İkinci həftənin sonu liderin--yumurta hüceyrələrindən birinin yerləşdiyi qovuqcuq böyüyür. Az sonra yumurta hüceyrəsi uşaqlıq borusuna düşür. Məhz uşaqlıq borusunda onun spermatozoidlə görüşməsi ehtimalı var. Bu “görüşmə”-mayalanma gələn həftə (3-cü həftə--menstruasiyanın ilk günündən iki həftə sonra) baş verəcək. Bəzi qadınlar mayalanmanı hiss edirlər (çox vaxt qarnın bir tərəfində ağrı olur). Bunu düz bağırsaqda temperaturu ölçməklə də müəyyənləşdirmək olar.  
Beləliklə, mentruasiyanın ilk günündən iki həftə sonrakı dövr mayalanma dövrüdür. Buna görə də hamilə olmaq istəyənlər bəzi şeyləri nəzərə almalıdırlar. 


  • Bu dövrdən əvvəlki 2-3 gün ərzində cinsi münasibətlərdə fasilə edin. Fasilə zamanı həyat yoldaşınız lazımi qədər spermatozoid “yığar” (bəzi cütlüklər üçün fasilə vacib deyil)
  • Cinsi əlaqəyə hamilə olmaq məqsədiylə hazırlaşırsınızsa, yuyunanda sabundan istifadə etməyin. Təmizləyici vasitələr uşaqlıq yolundakı mühitə təsir edir. Spermatozoidlər kimyəvi maddələrə qarşı çox həssasdırlar, kimyəvi maddələr onları məhv edir. 
  • Seks zamanı mayalanma üçün ən ideal vəziyyət “missioner” (kişinin yuxarıda olduğu) vəziyyətdir. Cinsi əlaqədə olandan sonra 20-30 dəqiqə uzanmaq məsləhətdir, uzananda mayalanma ehtimalı artır. Uzananda çanaq hissəni qaldırmaq lazımdır. Belinizin altına döşəkcə qoya bilərsiniz.
  • Bu dövrdə siqaret çəkmək, alkoqollu içki içmək olmaz, şüalanmadan uzaq olmaq lazımdır (bu, hər iki valideynə aiddir).

  Yuxarıda sadalanan şeylərə menstruasiyadan sonrakı həftələr ərzində mütləq əməl olunmalıdır!

  


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan