MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 30-CU HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

 

O, əvvəlki qədər tərpənə bilmir, yeri dardır

Balanızın boyu 40 sm-ə yaxındır, çəkisi 1200-1400 q-dır. Yəqin sizin səbriniz tükənir, bir az da dözün, 10 həftəniz qalır.
Balanız indi əvvəlki kimi tərpənə bilmir, çünki yeri dardır. Ancaq o, yenə də fəaldır. Yumruqları, təpikləri əsasında siz onun yatıb-durduğu vaxtı daha yaxşı müəyyən edə bilirsiniz. Hərçənd uşaqlar yatanda da əl-qol atırlar. Bətninizdə daşıdığınız körpənin hərəkətlərini hiss etməkdən gözəl nə ola bilər? Bu hissi yoldaşınızla da paylaşın.
Balanız indi hıçqırır da! Narahat olmayın, yəqin ki, dölətafı mayeni udanda “səhv edib” (maye nəfəs borusuna düşə bilər), axı balanızın ciyərləri indi məşq edir, müstəqil həyata hazırlaşırlar. 
Hamiləliyin 30-cu həftəsində uşağın gözləri tam açılır! O, ətraf aləmlə tanış olur. Yəqin elə bilirsiniz ki, onun ətrafı qaranlıq uşaqlıqdan ibarətdir. Elə deyil! Ətrafınız işıqlı olanda, sizin uşaqlığa da işıq düşür, məhz buna görə balanız işıqla qaranlığı ayırır. 
  Bu günlərdə uşağın saçları uzanmaqdadır, saç başını tam örtür. Ancaq dərisi hələ ki, qırışdır.
  Sizin qarnınız çanaqdan 30 sm irəli çıxıb və yəqin ki, onun bundan da böyük olacağı ağlınıza gəlmir. Ancaq qarşıda 10 həftə var və bu həftələrdə balanız, eləcə də qarnınız daha sürətlə böyüyəcək. Ona görə də uşağı daşımaq getdikcə çətinləşir. Evdə təmir, ağır təmizlik işləri aparmaq, bütün gün mağazaları gəzmək olmaz. Ancaq bütün gün uzanmaq da lazım deyil. Təmiz havada gəzinti hər şeydən yaxşıdır. İndi siz daha çox istirahət etməlisiniz.
  Hormonal dəyişiklik qadınların çoxunda bu dövrdə depressiyaya səbəb olur. Özünüzü ələ alın, istirahətinizdən qalmayın. İdman sizin əhval-ruhiyyənizi yaxşılaşdırar, ancaq ehtiyatlı olun! Həddən artıq hərəkət təhlükəli ola bilər.
  Arxası üstə uzanmaq olmaz! Çəkiniz artdığından qan damarlarına təzyiq çoxalır. Yataqdan duranda yanı üstə, əvvəl əllərinizi dayaq edib, ayaqlarınızı yerə sallamaqla durun.
  Çəkiniz bel ağrısını da artıra bilər. Oturanda, gəzəndə belinizi düz tutun.
Yeməyinizə diqqət edin. Kök, alma (bunları sürtgəcdən keçirib, 1 qaşıq xama qatsanız, hamilə üçün ideal salat alınar), qatıq (qatığa üzüm, əncir və ərik qurusu, albuxara atmaq olar) yeyin. Üzüm, əncir və ərik qurusu, albuxaranı yaxşı-yaxşı yuyub, ət maşınından keçirin, soyuducuya qoyub, hər dəfə xörəkdən qabaq bir qaşıq yemək məsləhətdir. 
  Otlardan hazırlanmış çayları çox içməyin. Onlar təhlükəli ola bilər. 

Tarix : 25 August 2009
Ad : terane
E-Mail : anzulu@mail.ru
Şərh : Salam

Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan