MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 31-Cİ HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

 

Onun dərisi şəffaflığını itirir, çəhrayı rəngə çalmaqdadır

Balanız koppuş olub. Onu boyu təxminən 40 sm, çəkisi 1500-1600 q-dır. Dərisinin rəngi dəyişir, əvvəl qırmızı olan dəri indi çəhrayı rəngə çalır. Dərinin altında ağ piy toxumaları yaranmaqdadır, ona görə də dəri şəffaflığını itirir və iri qan damarları getdikcə görünməz olur. 
Bu həftə uşaq uşaqlığın çox hissəsini tutur və doğuşa hazır vəziyyətdə dayanır. Çox vaxt uşaq başıaşağı olur. Nadir hallarda ayaqları, ya çanağı aşağıda, çox nadir hallarda eninə dayanır. İndi balanızın başının ölçüsü bədəninə uyğunlaşır. Qaşları, kirpikləri, saçları uzanıb, dırnaqları barmaqlarının ucuna çatır. 
Hamiləliyin 31-ci həftəsi balanız gözlərini böyük adam kimi açıb-yumur, gözlər fokusu tapmağa hazırdır.
Siz indi daha az gəzməli, daha çox istirahət etməlisiniz.
Mədə qıcqırmasından əziyyət çəkirsinizsə, az-az, tez-tez yeyin. Yeyəndən sonra yarıuzanmış vəziyyətdə oturun.
  Geniş paltarlar geyinin, dar paltar qan dövranına mane olur. Əllərinizdə şiş varsa, üzük, saat taxmayın. Ayaqlarınızı üst-üstə qoymayın, bu da qan dövranını məhdudlaşdırır.
  Yenə də arxası üstə uzanmayın. Yəqin ki, narahat yatırsınız, tez-tez çevrilməli, sidiyə getməli olursunuz. Bunun qarşısını almaq üçün axşam üstü az maye qəbul edin.
  Hamiləliyin sonlarında yaranan toksikoz sizi narahat edə bilər. (Bu, bütün hamilələrə aid deyil.) Bu dövrdə toksikoz adətən, şişlərlə, sidikdə zülalın əmələ gəlməsi, qan təzyiqinin artması ilə xarakterizə olunur. 120/70 mm/c.s qan təzyiqi hamilə üçün normaldır. Toksikoz zamanı qan təzyiqi 140/90 mm/c.s-na qalxır. (təzyiqi adətən 100/60 mm/c.s olanlar təzyiq 130/90 mm/c.s-na qalxanda narahat olur.)
 Toksikozun qarşısını almaq üçün bəzi şeylərə əməl etmək lazımdır. Əvvəla, çəkinizə nəzarət edin. Hamiləliyin 3-cü rübündə sizin çəkiniz gündə ən çoxu 50 q artmalıdır. Yəni həftədə 300 q-dan çox artmaq məsləhət deyil. Gündə 1,5 litrdən çox maye içməyin (bura su, çay, süd, şirə, şorba və meyvələr daxildir).
  Hərdən sancı hiss edə bilərsiniz. Sancı saatda 4 dəfədən çox olanda həkimə deyin. Müntəzəm sancılar vaxtından əvvəl doğuşdan xəbər verir.
  Bu günlər siz iki həftədə bir dəfə həkimlə görüşməlisiniz. Qan və sidiyin analizi vacibdir.

Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan