MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 32-Cİ HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

 

Bu günlərdə uşaq doğuşa hazır vəziyyədə dayanır

Balanızın çəkisi xeyli artıb (son bir ayda 900 q). İndi onun ağırlığı 1800 q, boyu 43 sm-dir. Balanızın başında kifayət qədər tük var. Üzünün qırışları açılıb, dəri altında piy qatı yığılmaqdadır.
Hamiləliyin 3-cü rübündə uşaq hıçqırmağa başlayır. Elə uşaqlar var ki, gündə bir neçə dəfə hıçqırır, elə uşaqlar var ki, ümumiyyətlə hıçqırmırlar. Uşağın hıçqırığı  20 dəqiqə sürə bilər. Narahat olmayın, uşaq əziyyət çəkmir. Ancaq ana bəzən uşaq hıçqıranda yüngül ağrı hiss edir.  
Balanız indi sizin səsinizi başqalarından ayırır. Onunla söhbət edin. 
Bu günlərdə uşaq doğuşa hazır vəziyyətdə dayanır. (Ancaq bəzi uşaqlar hələ də çevrilirlər və siz bunu aydın hiss edirsiniz). Uşağın başı aşağıdırsa, ayaqları ilə qabırğalarınıza təzyiq edir. Nəticədə sizin döş qəfəsiniz ağrıya bilər. Çiyinlərinizi geriyə gərin, dik oturmağa çalışın. 
Sidik kisəsinə təzyiq artdığından tez-tez sidiyə gedirsiniz. Bu, normaldır. Sidiyinizi çox saxlamayın! Sidik kisəsinin iltihabı uşaqlığa mənfi təsir edər, bu da vaxtından əvvəl doğuşa səbəb olar. 
Əl-ayaqlarınızda şiş əmələ gələ, var idisə, arta bilər. Dar, rezin corab geyinməyin, üzüklərinizi, saatınızı çıxarın.
  Hələ də işləyirsinizsə, məzuniyyətə çıxmaq vaxtıdır. Əlinizdəki layihəni bitirib, müdirlə danışın. (Azərbaycan qanunlarına əsasən doğuşa 56 gün qalmış analıq məzuniyyətinə çıxmaq mümkündür).
  Siz indi daha çox istirahət etməlisiniz. Gün ərzində mütləq uzanın.
  Həkimlə vaxtında görüşün (iki həftədə bir dəfə). Bir azdan siz hər həftə müayinəyə gedəcəksiniz. Bu həm sizin, həm də balanızın sağlamlığı üçün vacibdir.
  Adətən bu günlər qadınlar doğuşa hazırlıq barədə düşünürlər. Düşünüb-daşınmalı şey çoxdur. Siz övladınızla ilk görüşə, haqqında çox şey eşitdiyiniz (bəlkə də artıq yaşadığınız) doğuşa hazırlaşırsınız. Yollanacağınız doğum evini, doğum evinə aparmalı olduğunuz şeyləri, xəstəxanaya sizi kimin aparacağını müəyyən etməlisiniz. Aparacağınız şeylərin siyahısını hazırlayanda həkimlə məsləhətləşin.
Doğuşa hazırlıqla bağlı məlumatlarla tanış olmağın əsl vaxtıdır.

Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan