MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 34-CÜ HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

 

Onun saçları və dırnaqları uzanır

Balanızın çəkisi 2400 q-a yaxındır. Boyu 44 sm olub. Bu günlərdə sizi ən çox maraqlandıran şeylərdən biri, yəqin ki, uşağın çəkisidir. Analar həkimə adətən iki sual verirlər; uşaq oğlandır, ya qız? Doğulanda neçə kiloqram olacaq? Uşağın çəkisini başının diametrinə, qarın dairəsinin, qabırğasının ölçüsünə əsasən müəyyən edirlər. Ancaq uşağın doğulanda neçə kiloqram olacağını dəqiq demək mümkün deyil. Bir şey dəqiqdir ki, doğulana qədər balanızın çəkisi xeyli artacaq. O indi həftədə 200 q “kökəlir”!
Hamiləliyin 34-cü həftəsində balanızın üz cizgiləri tam aydınlaşır. Dərisinin rəngi açılır, dəri üzərindəki pendirvari maddə itib-gedir (bəzi yerlərdə qala bilər). Dırnaqları uzanıb, barmağının ucundan çıxır. Əvvəllər başına bitişik olan qulaqlar ayrılır. Başında tüklərin sayı çoxalıb. Balanız gündə yarım litr sidik ifraz edir (uşaq bezlərini indidən ala bilərsiniz).
  Bu günlərdə doğulan uşaqlar “yarımçıq doğulmuş” deyil, “tez doğulmuş” sayılır. Onlara xüsusi qulluq tələb olunmur, çünki müstəqil nəfəs ala bilirlər.  
  Sizin orqanizminiz doğuşa hazırlaşır. Döşlərinizdə süd ifrazatı prosesi sürətlənir. Bir neçə həftə cinsi əlaqədə olmasanız yaxşıdır; doğuş yollarında doğuşa hazırlıq gedir.
  Qarnınız yəqin ki, aşağı enib. Çünki balanız da doğulmağa hazırlaşır, uşaqlığın çıxışına yaxın yer seçib. Bunun sizə iki cür təsiri ola bilər. Sidik kisəsinə təzyiq artdığından tualetə daha tez-tez qaçmalı olursunuz. Ancaq mədənizə təzyiq azalır, indi daha çox yeyə bilərsiniz. Yeməklərinizi qatıqla, pendirlə yeyin, süd için. Balanız sümüklərini möhkəmləndirdiyi üçün sizdən daha çox kalsium alır.    
  Qarnınızda və bədəninizin başqa yerlərində səpgi ola bilər, narahat olmayın. Bu da müvəqqətidir. Səpgilər sizi çox narahat edirsə, həkimlə danışın. (Siz indi hər həftə həkimlə görüşməlisiniz.)
  İndi siz yalançı sancılar hiss edə bilərsiniz. Yalançı sancılar adətən, cəmi 45 saniyə çəkir. Bədənin müxtəlif hissələrində olur, qəfil başlayıb, qəfil qurtarır. (Əsl sancılar uşaqlığın başından başlayıb, yavaş-yavaş yayılır). Yalançı sancıların uşağa zərəri yoxdur.
  Brekston Hiks sancıları isə ağrılı, ritmsiz olur. Yalançı sancılardan fərqli olaraq, Brekston Hiks sancıları hamiləliyin əvvəlində də hiss olunur. Bu sancıları siz, əlinizi qarnınıza qoyanda hiss edə bilərsiniz. Ancaq nə yalançı sancılar, nə də Brekston Hiks sancıları doğuşdan xəbər verir. (Doğuş sancıları daha ritmli olur, arası əvvəl 30-20 dəq, sonra 10 dəqiqə çəkir.) Ancaq “aşağıdan” qəfil və çoxlu maye, ya qan axarsa, birbaş doğum evinə gedin! 
  Bu günlərdə yollanacağınız doğum evini müəyyən etməli, həkimlə tanış olmalısınız.

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan