MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 36-CI HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

 

Balanız doğulmağa tam hazırdır!

  İndi siz hər dəqiqə doğa bilərsiniz. Bu həftə balanız doğulmağa tam hazırdır. Onun çəkisi hər saat artır, bu həftə balanızın çəkisi orta hesabla 2700-2800 q, boyu 48-50 sm-dir. Dərisi altında piy qatı toplandığından balanız “koppuşlaşıb”, üzündəki qırışlar itib. (Ancaq doğuş zamanı uşaq çəkisini bir az itirir). O, hələ də barmağını sorur, qidalanmağa hazırlaşır.  
  Hamiləliyin sonunda uşaq başıaşağı dayanır. Amma uşaq heç də həmişə belə dayanmır (xüsusilə də ana əvvəl hamilə olubsa). Bəzən uşağın ayağı və çanaq hissəsi aşağıda olur, bəzi uşaqlar eninə dayanırlar. Ən ideal vəziyyət dölün başıaşağı olduğu vəziyyətdir. Uşaq uyğun vəziyyətdə deyilsə, həkimlər onu əməliyyat aparmaqla çıxarırlar. Dölün vəziyyətini doğuşdan əvvəl dəyişmək mümkündür. Bunun üçün anaya sancıların qarşısını alan dərman verilir, həkim uşağın yerini əli ilə dəyişdirməyə cəhd edir. Amma bunu hər həkim bacarmır. Bu proseduranın fəsadı olarsa, təcili əməliyyat aparılır.
  Dölün vəziyyətini dəyişmək üçün başqa üsullardan da istifadə olunur. Məsələn, ana ayaqlarını göyə qaldırır, belinin altına döşək qoyub, bir neçə dəqiqə qalır. Bu hərəkəti yarım ay ərzində, həftədə bir neçə dəfə edir. Nəticədə uşaq özü yerini dəyişir. Ancaq bu üsulu həkim məsləhəti olmadan tətbiq etmək olmaz!
  Nəfəs almaq bu həftə sizin üçün çətinləşə bilər. Uşaqlıq hələ düşməyibsə, döş qəfəsini sıxır.
  Hamiləliyin sonuncu həftəsində uzaq səfərə çıxmaq olmaz. Doğuş zamanı siz həkim tapa bilməzsiniz.
  Hamiləliyin bu dövründə təyyarəyə minmək arzuolunmazdır. Təyyarəyə minmək üçün həkimin icazəsi olmalıdır. Ancaq həkimlər də hamiləliyin 8-9-cu ayında təyyarəylə uçmağa icazə vermirlər. Elə aviaşirkətlər var ki, hamilələrin uçuşuna birmənalı olaraq icazə vermir. Maşınla yaxına səfər etmək olar. Maşını özünüz də idarə edə bilərsiniz (ancaq sancılar olanda, doğuş başlayanda rol dalında oturmaq olmaz!). Yolda maşını tez-tez dayandırıb, hava alın. Təhlükəsizlik kəmərini bağlamağı unutmayın.
  Doğum evinə aparmalı olduğunuz şeyləri yəqin ki, yığmısınız. Əşyaların siyahısını bir daha gözdən keçirin. Həkimin telefon nömrəsi, ehtiyat üçün pul və sancılar başlayanda etməli olduğunuz hərəkətlər barədə qeydlər masanın üstündə qalsa yaxşıdır.

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan