MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 37-Cİ HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

 

O, müstəqil tənəffüsə tam hazırdır!Balanızın çəkisi 2800-3000 q-dır, boyu 48-50 sm! Unutmayın ki, bu rəqəmlər şərtidir, uşağınızın boyu və çəkisi fərqli ola bilər. Bu sizi narahat etməməlidir. Hər uşaq özünəməxsusdur.            
Hamiləliyin 37-ci həftəsindən başlayaraq, uşaq gündə 30 q piy qatı yığır. Burun və qulağın qığırdaqları möhkəmləşir. Bu həftə uşağın ağ ciyərləri tamamilə formalaşır. Bu o deməkdir ki, balanız müstəqil tənəffüsə tam hazırdır!   
Bu, sizin ilk hamiləliyinizdirsə, hamiləlik sona qədər davam edəcək. Əvvəl doğmusunuzsa, ya da əkiz doğacaqsınızsa, doğuş tez ola bilər. Əkizlər adətən, hamiləliyin 37-ci həftəsində doğulurlar. 
Hamiləliyin 37-ci həftəsində doğuş bütün hallarda normaldır. Yəni siz bu həftə sancılansanız, həkimləri təşvişə salmayacaqsınız, doğuşun qarşısını almayacaqlar. 
Uşaq aşağı düşdüyündən ətraf orqanlara təzyiq azalıb. Siz rahat nəfəs alırsınız, yeyirsiniz. Amma sidik kisəsi daha çox təzyiq altındadır və siz tez-tez sidiyə getməli olursunuz. 
  İndi siz həkimlə hər həftə görüşməlisiniz. Həkim hər dəfə sizin təzyiqinizi, çəkinizi, uşaqlığı ölçür, sidikdən analiz götürür. Dölün ürək döyüntüsünə qulaq asır, çəkisini, dayandığı vəziyyəti öyrənir (həm də sizi maraqlandıran suallara cavab verməlidir).
  Son həftələrdə həkim müşahidə etdiyi bütün dəyişiklikləri qeydə almalıdır. Bu dəyişikliklərin surətini doğum evinə aparmaqla, siz həkimləri özünüz barədə məlumatlandırmış olarsınız. (Bəzi ölkələrdə qadına hamiləliyin ilk günündən kitabça verilir. Həkim bütün dəyişiklikləri həm özünün, həm də hamilənin kitabçasında qeyd edir. Hamilə həmin kitabçanı üstündə gəzdirməlidir. Təsadüfi doğuş zamanı istənilən həkim hamilə haqqında bütün məlumatları almış olur.)
  Doğum evini yəqin ki, müəyyən etmisiniz. Seçdiyiniz doğum evində əvvəlcədən qeydiyyatdan keçsəniz, daha yaxşı olar. Xəstəxana barədə mümkün qədər çox məlumat alın.

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan