MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 39-CU HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

 

O, doğulacağı günü gözləyir

Uşaq doğulmağa hazırdır. Çəkisini artırmaqdadır. 39-cu həftədə döl orta hesabla 3000-3500 q olur, boyu 50 sm-i keçir. Çəkisi artdığından balanız çətinliklə tərpənir. Dizləri çənəsinə dirənib. Ayağı ilə qabırğalarInıza təzyiq edə bilər. 
Uşağın bədənini örtən narın tük örtüyündən demək olar ki, heç nə qalmayıb. Yalnız qulaqda və bəzi büküşlərdə azacıq tük ola bilır. Dırnaqları, saçları uzanıb. Saçlarının uzunluğu 2 sm-ə yaxındır. 
Balanız müstəqil həyata tam hazırdır. Onun bədəni bütün əsas funksiyaları yerinə yetirir. Bu günlərdə göbəkbağına düyün düşə, ya da göbəkbağı uşağın boynuna dolana bilər. Bu, nadir hallarda belə olur. Ultrasəs müayinəsi zamanı göbəkbağını görmək mümkündür. Təhlükə varsa, uşağı qeysəriyyə əməliyyatı ilə çıxarırlar. 
Siz rahatlığın nə olduğunu unutmusunuz. Bir tərəfdən hövsələniz azalıb, o biri tərəfdən yerimək, yatıb-durmaq çətinləşib. Sizə elə gəlir ki, uşaqlıq bütün bədəninizi tutub, bütün orqanlarınız təzyiq altındadır. Ancaq uşaqlıq endiyindən son günlər yalnız sidik kisəsi həddən artıq təzyiq altında olur. Siz hətta tez-tez yeriyəndə, güləndə və öskürəndə işiyə bilərsiniz. Ancaq nəfəs almaq, yemək asanlaşıb. (Sancı hiss etdiyiniz gün çox yeməyin, acanda qatıq, süd için. Doğuş zamanı qusa bilərsiniz.)
  Uşaq bir az da aşağı düşüb, çanağa girir. Bu, bəzən qadını incidir, ancaq uşağın başı nə qədər dərində olarsa, doğmaq bir o qədər asan olar.
Uşaqlığın düşməsi siqnaldır. Doğuşa hazır olun! Əvvəl də ana olan qadınlar, uşaqlıq enəndən sonra hər an doğa bilərlər.
  Doğum evinin ünvanı, taksinin telefon nömrəsi, doğum evinə götürəcəyiniz çanta və pulu, eləcə də sancılar başlayan zaman etməli olduğunuz hərəkətlərin siyahısını masanın üzərində saxlayın. 

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan