MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 6-CI HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

 

Ultrasəs müayinəsi zamanı onun ürək döyüntüsünü eşitmək olar!

Hamiləliyin 6-cı həftəsində balanızın ürək döyüntüsünü eşitmək olar! Ultrasəs müayinəsi zamanı bu, mümkündür. Onun ürəyinin quruluşu artıq mürəkkəbləşib; sağ və sol kameralar yaranmaqdadır. Halbuki bu ürəyin yerləşdiyi bədənin ölçüsü cəmi 4-6 mm-dir!
Bu həftə həm də dölün onurğa beyni formalaşmağa başlayır. Kəllə beyninin əsas strukturları “cücərir”. Göz, göz kisəsi, qulaq seyvanı, daxili qulaq fəal şəkildə formalaşır. Bayaqdan üzgəcə bənzəyən əllər artıq insan əlinə oxşayır, aralarında pərdə olan barmaqları da görmək mümkündür (əlbəttə, dölə mikroskop altında baxılarsa). Dölün aşağı hissəsində--quyruğa bənzəyən hissədə isə ayaqlar formalaşmağa başlayır. Cift sürətlə inkişaf etməkdədir.
  Sizin səhhətinizdə köklü dəyişikliklər gedir. Hamiləliyin 6-cı həftəsində qadınların çoxu özünü
pis hiss edir, çünki bəzi orqanlar—mədə, böyrəklər, ciyər, öd kisəsi funksiyasını əvvəlki kimi yerinə yetirə bilmir. Toksikoz adətən 6-cı həftədən 12-ci həftəyə qədər davam edir. Sizə elə gəlir ki, oraqnizminizin “altı-üstünə çevrilib”, normal fəaliyyət göstərmir. Amma hər şey qaydasındadır, çətinlik müvəqqətidir.
  Əslində toksikoz hər qadında bir cür olur. Bəziləri sadəcə iylərə həssas olur, ürəyi bulanır, bəziləri bütün gün qusur. Elə qadınlar var ki, ağzında selik artır, onun üçün yeməklərin dadı dəyişir. Toksikoz başlayandan sonra qadınlar yemək istəmir, ancaq az-az yemək və sizi narahat etməyən şeyləri yemək olar. Məsələn, süd, qatıq içə, peçenye yeyə bilərsiniz. Yeməyinizi çox qızdırmayın. Çoxlu maye (su, meyvə şirəsi) qəbul edin, meyvə yeyin. Ürəkbulanmanız güclüdürsə, yeməyi elə yataqda yemək olar.
  Qəribədir ki, hamilə qadın qəfildən yeyə biləcəyi şeyin adını çəkir, elə bil bu onun ağlına "qeybdən" gəlir. Məsələn birdən-birə “Dovğa, məni dovğa qurtaracaq!”, deyir və  bir neçə gün dalbadal dovğayla qidalanır, həm də qusmur. Ya da pomidor qızartması istəyir və günlərlə yalnız pomidor qızartması yeyir. Amma bir müddətdən sonra, ən uzağı toksikoz keçəndən sonra heç nəyə etiraz etmir.
  6-cı həftədə ana mütləq psixoloji rahat olmalıdır, çünki dölün sinir sistemi inkişaf etməkdədir. Çalışın çox dincəlin. Gərginlikdən uzaq olun. Gərginlik həddən artıqdırsa, psixoloqa müraciət edin. Həkimsiz dərman içməyin.
  6-cı həftədə ananın çəkisində dəyişiklik olur. Toksikozdan əziyyət çəkirsə, çəki itirir. Toksikoz bir o qədər əziyyət vermirsə, çəki arta bilər. Kəməriniz, paltarlarınızın beli artıq dar gələ bilər, çünki uşaqlıq böyüyür.


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan