MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİYİN 9-CU HƏFTƏSİ  

YazılarHamiləlikHamiləlik təqvimi

  

Onun boynu görünməyə başlayır

Hamiləliyin 9-cu həftəsində balanızın kəllə beyninin əsas hissələri formalaşır. Bu həftə həm daxili orqanlar inkişaf edir, həm də balacanın xarici görünüşü dəyişir. Düzdür, onun başı yenə də sinəsinə əyilib və baş hələ də bədənlə müqayisədə böyükdür. Amma 9-cu həftədə balanızın boyun hissəsi də görünməyə başlayır. Bel sümüyü yavaş-yavaş düzəlir. “Quyruq” isə yığılmaqdadır. Bir azdan quyruq büzdüm sümüyü kimi qalacaq. 9-cu həftədə balanızın əlləri və ayaqları uzanır. Siz onların hərəkətini ultrasəs müayinəsi zamanı görə bilərsiniz. 
İndi balanızın uzunluğu 25 mm-dir (bir zeytun dənəsi boyda).
Hamiləliyin 9-cu həftəsində əlamətdar hadisələrdən biri də odur ki,
balanızın cinsi orqanları artıq formalaşmaqdadır. Oğlanlarda xayaların formalaşması prosesi başa çatmaqdadır. Amma ultrasəs müayinəsi zamanı dölün cinsiyyətini müəyyənləşdirmək hələ mümkün deyil. Çünki 9-cu həftədə qızla oğlanın cinsi orqanları ilk baxışdan bir-birinə çox oxşayır.
  Sizin də çəkiniz artmaqdadır. Piy qatı yaranır, bu sizə gələcəkdə balanızı əmizdirməyə yardımçı olacaq. Döşləriniz böyüməkdədir. Hamiləlik zamanı qadının çəkisinin artmasına səbəb həm döşlərin, həm uşaqlığın böyüməsi, uşağın, eyni zamanda ciftin çəkisinin artmasıdır. Aşağıda bəzi şeylərin çəkisi təxmini olaraq, göstərilib:
  Qidalandırıcı maddələr (yağlar, zülallar və s.) –3,17 kq
  Limfa maddəsi—1,80 kq
  Döşün artan çəkisi—0,90 kq
  Uşaqlığın artan çəkisi—0,90 kq
  Uşaq—3,20 -3,40 kq
  Dölətrafı maye –0,90 kq
  Cift –0, 68 kq

  Hamiləlik zamanı qan dövranı güclənir. Artım əvvəlki ilə müqayisədə 45-50%-dir. (Əlbəttə, rəqəmlər hər qadında bir cürdür). Hamiləliyin ikinci 3 ayında qan dövranı bir az da güclənir, proses son 3 ayda da davam edir. Qanın artması həm balanızı xoşagəlməz effektlərdən qoruyur, həm də sizə doğuş zamanı kömək olur, çünki doğuşda xeyli qan itirəcəksiniz.
 

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan