MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  SÜNİ MAYALANMA  

YazılarHamiləliyə qədər

Adı “süni mayalanma” olsa da, bu, təbii xarakter daşıyan əməliyyatdır. Məhz süni mayalanma sonsuz olduğunu güman edən qadın və ya kişiyə valideyn olmaq xoşbəxtliyini yaşamaq imkanı verir. 
Süni mayalanmanın təbii mayalanmadan fərqi odur ki, kişiylə qadının hüceyrələri ananın uşaqlığında deyil, laboratoriya şəraitində birləşdirilir. Yəni qadının yumurta hüceyrələri götürülərək, kişinin cinsi hüceyrələri ilə laboratoriya şəraitində birləşdirilir və mayalanmadan sonra əldə edilən embrionlar ananın uşaqlığına yerləşdirilir. Bunun üçün ananın yumurtalıqları hormonal preparatlar vasitəsilə stimulə edilir və bir neçə yumurta hüceyrəsi alınır. Bir deyil, bir neçə yumurta hüceyrəsi almaqda məqsəd, texniki problemlərdən sığortalanmaqdır. Stimulyasiya aparılarkən yumurta hüceyrəsi keyfiyyətsiz alına bilər, mayalanma bir hüceyrədə baş tutmaya bilər. Ona görə də əməliyyat zamanı bir neçə yumurta hüceyrəsi götürlür. Süni mayalanma nəticəsində hamilə olan qadınların çox vaxt əkiz doğmasının səbəbi budur.

 

 

 

   

 

 

 

Süni mayalanmaya nə vaxt ehtiyac yaranır?

Əvvəlkii bölmələrdə yazıldığı kimi, uşağın doğulmaması bəzən qadının, bəzən kişinin problemi ilə bağlı olur. Qadınlarla bağlı səbəblər bunlardır: boru keçməzliyi, qadınların yumurtalıqlarının inkişafdan qalması, endometrioz və səbəbi aşkar olunmayan sonsuzluq. Kişilərdə spermatazoidlərin hərəkət zəifliyi, sayının az olması və ya heç olmaması da süni mayalanma tələb edir. 
Kişinin yumurta hüceyrəsi mikroskop altında mayalandırılır. Bəzi kişilərdə spermatozoidlərin xayadan cölə axması pozula bilər. Belə olanda cərrahi yolla kişinin xayalarından sperma alınır və qadının yumurta hüceyrəsi ilə mayalandırılır.

Nəzərə alın ki, süni mayalanma ilk dəfədən baş tutmaya bilər. Bu o demək deyil ki, daha nəticə olmayacaq. Həkimlər yenə cəhd etməyi məsləhət görür.

İndi Azərbaycan klinikalarında da süni mayalanma mümkündür.


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan