MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  ƏL-AYAĞIN ŞİŞMƏSİ  

YazılarHamiləlikHamiləliyin problemləri

Hamiləlik zamanı əl-ayağın şişməsi təbiidir. Bu, bədəndə mayenin miqdarının artması ilə bağlıdır. Hamilə qadınların cəmi 25%-inin əl-ayağında şiş olmur.  
Əl-ayağın şişkinliyi daha çox hamiləliyin sonunda, axşamlar hiss olunur. Və bu, qadına adətən, çox əziyyət vermir. Yatandan bir neçə saat sonra şişlər çəkilir.
Şişlərin qarşısını almaq üçün tez-tez istirahət etmək lazımdır. Ayaq üstə, ya oturaq vəziyytədə çox qalmayın. Oturanda, ya uzananda ayaqlarınızı yuxarı qaldırın. (Ayaqlar ürəyin səviyyəsindən yuxarıda olmalıdır.) Uzananda əllərinizi silkələyin, bu, şişi azaldır. 
Rahat, ya təmiz dəri, ya da parçadan olan ayaqqabı geyinsəniz, daha yaxşı olar. Mümkünsə, işdə də ev ayaqqabılarınızı geyinin. Yuxarısı rezin olan corablar geyinməyin. 
Əl-ayağınız çox şişirsə, gündə 8-10 stəkan maye içmək kifayətdir. Bir dəfəyə 2 stəkan maye içməyin. Güman edə bilərsiniz ki, 8-10 stəkan çoxdur. Ancaq bədəndə yığılan natriumu qovmaq üçün maye qəbul etmək lazımdır. Çox duzlu yeməyin ki, susamayasınız.
 Əl-ayağın şişi 24 saat ərzində çəkilmirsə, həm də şişən tək əl-ayağınız deyilsə, çəkiniz qəfildən artırsa, təzyiqiniz çoxalırsa, təcili həkimə müraciət edin, çünki bu, normal deyil! 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan